Axırıncı namaz (film, 1963)

Axırıncı namaz — rejissor Zeynəb Kazımova tərəfindən 1963-cü ildə ekranlaşdırılmış qısametrajlı bədii filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.

Axırıncı namaz
Janr qısametrajlı
dram
Rejissor Zeynəb Kazımova
Baş rollarda Ağadadaş Qurbanov Möhsün Sənani Ətayə Əliyeva Münəvvər Kələntərli
Operator Əsgər İsmayılov
Bəstəkar Zakir Bağırov
Rəssam Məmmədağa Hüseynov
İstehsalçı "Azərbaycanfilm" kinostudiyası
İlk baxış tarixi 1963
Filmin növü qısametrajlı bədii film
Ölkələr Azərbaycan Azərbaycan SSR
İl 1963

Haqqında

Azərbaycan Dövlət Film Fondunda kinorejissor Zeynəb Kazımovanın 110 illik yubileyinə hazırlıqlar çərçivəsində aparılan yeni araşdırmalar zamanı 1968-ci ildə rus dilində Moskvada çap olunmuş "Sovet bədii filmləri. Annotasiyalı kataloq" kitabının 1958–1963-cü illərdə çəkilmiş filmləri əhatə edən IV cildinin 607-ci səhifəsindəki məlumatlara əsasən, rejissorun 1963-cü ildə "Axırıncı namaz" adlı ikihissəli qısametrajlı bədii film çəkdiyi müəyyən edilib.[1]

Bədii filmin yeganə nüsxəsi Naxçıvan Dövlət Film Fondunun bazasında aşkara çıxarılıb və həmin nüsxə Azərbaycan Dövlət Film Fondunda elektron bərpa olunub.

Filmin adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib.

Filmin rejissoru Zeynəb Kazımova, operatoru Əsgər İsmayılov, rəssamı Məmmədağa Hüseynov, bəstəkarı Zakir Bağırovdur. Rolları Ağadadaş Qurbanov, Möhsün Sənani, Ətayə Əliyeva, Münəvvər Kələntərli və digər məşhur Azərbaycan aktyorları ifa edirlər. Aktrisa M.Kələntərlinin "Axırıncı namaz" filmində canlandırdığı epizodik rol kinoda ifa etdiyi sonuncu obrazıdır. Film 1963-cü ildə "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılıb.

Filmin üzərində işləyənlər

İstinadlar

  1. "Geniş tamaşaçı kütləsinə naməlum olan "Axırıncı namaz" filmi aşkar edilib VİDEO" (az.). azertag.az. 28 iyun 2022. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2022.
  2. "Əsgər Cəfər oğlu İsmayılov" (az.). Xətai Rayon Mərkəzi Kitabxanası. 1 aprel 2016. İstifadə tarixi: 2017-08-24.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.