Avtovağzal metrostansiyası

Avtovağzal metrostansiyasıBakı metrosunun 19 aprel 2016-cı ildə istifadəyə verilən stansiyası. Stansiyaya daxil olan qatarlarda Üzeyir Hacıbəyovun Koroğlu operasında Arazbarı zərbi muğamından fraqment səslənir.

Avtovağzal metrostansiyası

3-cü xətt
Bakı metrosu
Rayon Binəqədi
Yerləşməsi 2-ci
Açılış tarixi 19 aprel 2016
İnşaat tipi Yeraltı
Platformaların sayı 1
Çıxdığı küçələr Sumqayıt magistralı
Nəqliyyat Bus transport 102, 119, 117, 130, 134, 142, 158, 199, 511, 551, 553, 567, 569 nömrəli avtobuslar
İş rejimi 06:00—00:00
Qonşu stansiyalar Xocəsən, Memar Əcəmi-2
İnteraktiv sxemi

Kiçilt

İnteraktiv sxemi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Bakı Beynəlxalq Avtovağzal Kompleksinə metro xəttinin çəkilməsi ilə bağlı tapşırığı Prezident İlham Əliyev 2008-ci ildə metronun "Nəsimi" stansiyasının açılışı zamanı vermişdi.[1]

Stansiyanın tikintisinə 2009-cu ilin sentyabrında başlanılıb. Layihə işləri "Bakımetrolayihə" İnstitutu tərəfindən yerinə yetirilib.

Layihəyə əsasən, "Avtovağzal" stansiyası platformadan, 2 vestibüldən, 8 çıxışdan, havalandırma keçidindən, vestibüllərin üzərində quraşdırılmış iki piramidadan ibarətdir. Stansiya kompleksinin ümumi uzunluğu 560 metrə yaxındır. Yeni xətdə yaradılan həm "Avtovağzal", həm də "Memar Əcəmi" stansiyalarının platformalarının uzunluğu 144 metrdir. Bu isə platformaya əvvəlki stansiyalarda olduğu kimi 5 deyil, 7 vaqonun daxil olmasına imkan yaradır. Stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 eskalator, çıxışlarda isə 8 travelator qoyulub. Fiziki imkanları məhdud insanların istifadəsi üçün burada lift quraşdırılıb.

Biləcəri qəsəbəsində yaşayan sakinlərin rahatlığını təmin etmək üçün Bakı-Sumqayıt avtomobil yolunun altından keçid inşa edilib. Bakı Beynəlxalq Avtovağzal Kompleksinə isə iki keçid quraşdırılıb. Digər beş çıxış isə "Avtovağzal" stansiyası kompleksinin ərazisində yerləşir.

Açılışı

19 aprel 2016-cı ildə Prezident İlham Əliyev və "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov stansiyanın açılışında iştirak ediblər.

Bu stansiya gələcəkdə Azadlıq meydanına kimi uzadılacaq. Sərnişinlər buraya Cavad xan metrostansiyasından gələ biləcəklər. İndiyədək Bakıda tikilən ən böyük stansiyadır.

İstinadlar

  1. "İlham Əliyev Bakı Metropoliteninin yeni xəttinin "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarının açılışında iştirak edib". president.az (az.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 19 aprel 2016. 2016-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 aprel 2016.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.