Avtosimulyator

Avtosimulyator (ing. Vehicle simulation game) — oyunçunu müxtəlif nəqliyyat vasitələrinin həqiqətə bənzər bir interpretasiya ilə təmin etməyə cəhd edən videooyun janrı. Buna avtomobillər, təyyarələr, su nəqliyyat vasitələri, kosmik gəmilər, hərbi nəqliyyat vasitələri və nəqliyyat vasitələrinin başqa müxtəlif variasiyaları daxildir. Bu janrdakı videooyunların əsas məqsədi oyunçuya sürücü mövqeyindən peşəkar sürücülük təcrübəsi verməkdir. Bu janrdakı videooyunlar geympleylərinə çoxu rəqib nəqliyyat vasitələri ilə yarış və ya vuruşmaq kimi əlavə elementlərdə əlavə edirlər. Bu cür videooyunlar adətən həqiqətə uyğunluqla bölünürlər. Bəzi videooyunlar geympleylərinə həqiqətə uyğun fiziki maneələr və yanacaqdan istifadə kimi amillər əlavə edirlər.

"Euro Truck Simulator 2" videooyunu bir avtosimulyator nümunəsidir.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.