Avstriyada turizm

Avstriyada turizmAvstriya ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər.

Avstriya hazırda iqtisadi cəhətdən Avropanın ən inkişaf etmiş ölkələrindən biridir. O, İkinci dünya müharibəsi illərində öz gözəl tarixi memarlıq abidələrini dağılmaqdan qoruyub saxlaya bildi. Gözəl saraylar, mehmanxanalar, yollar hələ müharibədən əvvəl tikilmişdi. Onlar daima ölkənin tükənməz turizm resursları hesab olunur. Avstriya iqtisadiyyatında turizm əhəmiyyətli yer tutur.

Şimal-cənub, qərb-şərq istiqamətində hərəkət edən turistləri Avstriyanın gözəl avtomobil yolları cəlb edir. Onların əksəriyyəti bir günlük turistlərdir.

Avstriyada ölkədaxili turizm işi dünya standartlarına uyğun şəkildə təşkil edilir, ancaq, Avstriyalılar öz ölkələrində səyahət etməyə o qədər də maraq göstərmir, Aralıq dənizi sahillərində və qışda dağ kurortlarında dincəlməyə üstünlük verirlər.

Kitzbühel, Avstriyada qış turizmi ilə məşhur bir şəhərdir.

Hazırda Avstriya qış idman növləri üzrə lider mövqeyi tutmuş beynəlxalq turizm mərkəzidir. Buna uyğun olaraq beynəlxalq turizm də ölkənin qərbində, dağlıq hissəsində cəmləşib. Avstriyanın dağlıq, xizək kurortları hələ müharibədən qabaq böyük zövqlə tikilib. Burada ayaq xizəyi məktəbi fəaliyyət göstərir, həvəskarlara düz yerdə ayaq xizəyi sürmək öyrədilir. Ayaq xizəyi muzeyində xizək idmanı kompleksləri nümayiş etdirilir. Hər il ayaq xizəyi idmanı üzrə beynəlxalq yarışlar keçirilir. Burada idman bütün istirahət günlərini zənginləşdirir. Avstriyada əksər qış günlərində havalar isti keçir.

Avstriyaya qonaqlar başlıca olaraq Almaniya, NiderlandBöyük Britaniyadan gəlir. Bu üç ölkədən gələn turistlərin payına tur günlərin 80%-i, səfərlərin yarısı isə Almaniyanın payına düşür. Avstriyaya Polşadan bir qayda olaraq alıcı turistlər daha çox gəlir. Burada "basabas" mövsümü daha dəqiq müəyyənləşib – yayda avqust ayına, qışda isə fevral ayına təsadüf edir.

Avstriyada qış turizminin şöhrətinin artması nəticəsində bu ölkədə ekoloji şərait gərginləşir və ekoloji tarazlığın bərpası problemi meydana çıxır.

Xarici turistlər

Avstriyaya gələn qonaqlar arasında aşağıdakı ölkələr üstünlük təşkil edir:[1]

Yer Ölkə 2014 2015
1Almaniya Almaniya11,750,02712,134,836
2Niderland Niderland1,671,5811,734,453
3İsveçrə İsveçrə1,309,6601,400,251
4İtaliya İtaliya1,051,4901,122,936
5Böyük Britaniya Birləşmiş Krallıq802,552875,664
6Çin ÇXR497,925715,119
7Çexiya Çexiya660,086711,351
8ABŞ ABŞ632,512708,233
9Fransa Fransa516,770517,708
10Belçika Belçika514,264514,329
11Macarıstan Macarıstan493,055501,595
12Polşa Polşa425,730456,615
13İspaniya İspaniya309,794348,768
14Danimarka Danimarka264,704331,507
15Rusiya Rusiya467,565313,406
16Cənubi Koreya Cənubi Koreya234,557277,032
17Rumıniya Rumıniya264,704275,806
18Yaponiya Yaponiya245,306236,621
19İsveç İsveç205,501224,258
20Sloveniya Sloveniya176,760194,186
Yekun25,291,37126,718,945

İstinadlar

  1. "Tourismus in Österreich 2015". 2016-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-02.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.