Avstriya kinosu

Avstriya kinematoqrafıAvstriya mədəniyyətiqtisadiyyatının film istehsalı və onların auditoriyaya nümayişi ilə əlaqədar qolu.

Avstriya kinematoqrafiyası
Vyanada yerləşən Qartenbaukino. 2010-cu il.
Ekran sayı577 (2011)[1]
Əsas distribyutorlarUip 17.6%
Warner Bros. 16.4%
Constantin 14.4%[2]
İstehsal olunan bədii filmlər
Uydurma35
Sənədli19
Buraxılış sayı (2011)
Cəm15,752,844
  Adambaşına düşən1.98 (2012)[3]

Tarixi

Avstriyada ilk bədii film 1908-ci ildə çəkilmişdir ("Pillədən pilləyə", rejissor X. Hanus). 1920-ci illərdə Avstriyada işləyən macar rejissoru Aleksandr Kordanın "Şahzadə və dilənçi" (1920), "Samson və Dalila" (1923), Robert Vinenin "Orlakın əlləri" (1924) filmləri ilə Avstriya kinosunda müvəqqəti yüksəliş başlamışdı. Nasist ağalığı dövründə Avstriya kinematoqrafiyası tənəzzülə uğramışdı. İkinci Dünya müharibəsindən sonra antisemitizm əleyhinə çəkilmiş "Mühakimə" (1948, rejissor Georq Vilhelm Pabst) filmi Avstriya kinosunun nailiyyətidir. Avstriya kinosunda revü janrı ("Dünay övladı", 1951, rejissor Georq Yakobi; "Qızıl simfoniya", 1956, rejissor E. Bordozi), milli və xarici bəstəkarların həyatından alınmış bioqrafik filmlər – "Frans Şubert" (1953, rejissor V. Kilm-Velte), Motsartın həyatının son illərindən bəhs edən "Ver əlini, mənim həyatım" (1956, rejissor K. Xartl), pyes ("Uzaq ölkə", 1973, Artur Şnitslerin pyesi üzrə), opera ("Vindzor cici bacıları", 1965) və operettaların ekranlaşdırılması əsas yer tutur. 1950-ci illərin axırlarından etibarən Almaniya, ABŞ, Birləşmiş Krallıq, İtaliya, Fransa və başqa ölkələrin kino prokatları Avstriya kinosuna böyük təzyiq göstərməyə başlamışdır.[4]

İstinadlar

  1. "Table 8: Cinema Infrastructure - Capacity". UNESCO Institute for Statistics. 5 November 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 November 2013.
  2. "Table 6: Share of Top 3 distributors (Excel)". UNESCO Institute for Statistics. 16 September 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 November 2013.
  3. "Table 11: Exhibition - Admissions & Gross Box Office (GBO)". UNESCO Institute for Statistics. 3 November 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 November 2013.
  4. Австрија. Кино // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 64.

Əlavə ədəbiyyat

  • Г. С. Паповян. Австрийская кинематография // Кино: Энциклопедический словарь / С. И. Юткевич. — Москва: Советская энциклопедия, 1987. — 640 с.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.