Avstriya irsi uğrunda müharibə

Avstriya irsi uğrunda müharibə (alm. Österreichischer Erbfolgekrieg) — Avropa dövlətlərinin 1740–1748-ci illərdə Avstriya irsi üstündə apardığı müharibə.

Avstriya irsi uğrunda müharibə
Fontenua döyüşü. Müəllif: Pyer L'Enfan.
Fontenua döyüşü. Müəllif: Pyer L'Enfan.
Tarix 16 dekabr 1740 – 18 oktyabr 1748
Yeri
Səbəbi Mariya Terezanın taxta çıxması ilə Praqmatik sanksiyanın rəddi
Nəticəsi Axen sülhü
Ərazi dəyişikliyi
  • Prussiyanın Sileziya üzrə hökmranlığı təsbit edildi.
  • Parma, Pyaçentsa və Qvastalla hersoqluqları İspaniya Burbonlarına verildi.
  • Bütün digər ərazilər müharibədən əvvəlki sahiblərinə qaytarıldı.
Münaqişə tərəfləri
Komandan(lar)
Tərəflərin qüvvəsi

1740:
140 min
80 min[1]

1747:
204 min[2]
120 min[3]
55,000[4]

İtkilər

Fransa
158,400 ölü və yaralı[5]
Dəniz itkiləri: 20 xətt gəmisi, 16 freqat, 20 kiçik gəmi, 2,185 ticarət gəmisi və 1,738 dəniz topu[2]

Prussiya:
23,100 ölü və yaralı[5]

İspaniya:
3 min ölü və yaralı[5]
Dəniz itkiləri: 17 xətt gəmisi, 7 freqat, 1,249 ticarət gəmisi və 1,276 dəniz topu[2]

Habsburg Monarchy:
148 min ölü və yaralı[5]

Böyük Britaniya:
26,400 ölü və yaralı[5]
Dəniz itkiləri: 14 xətt gəmisi, 7 freqat, 28 kiçik gəmi, 3,238 ticarət gəmisi və 1,012 dəniz topu[2]

Hollandiya:
14,630 ölü və yaralı[5]

Savoyya-Sardiniya:
7,840 ölü və yaralı[5]

Ümumi itkilər
450 min hərbi itki və 300 min yaralı/itkin (hər iki tərəfdən)[6]
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Zəmin

    İmperator VI Karl və əksər Avropa dövlətləri tərəfindən 1713-cü ildə qəbul edilmiş Praqmatik sanksiyaya görə, Avstriya Habsburqlarının geniş torpaqları (Avstriya, Çexiya, Macarıstan, Cənubi Niderland, habelə İtaliyadakı torpaqlar) VI Karlın qızı Mariya Terezanın ixtiyarına keçməli idi, ancaq Karlın ölümündən sonra Fransa tərəfindən müdafiə olunan Prussiya, Saksoniya, İspaniya Mariya Terezanın varislik hüququnu tanımaqdan imtina etmişdir.[7]

    Hərbi əməliyyatlar

    Avstriya torpaqlarını bölüşdürmək uğrunda Fransanın kömək etdiyi Prussiya, Bavariya, Saksoniya, İspaniya və Sardiniyadan ibarət koalisiya Britaniya, Hollandiya və sonralar Rusiya tərəfindən də müdafiə olunan Avstriyaya qarşı müharibəyə başlamışdır. Hərbi əməliyyatlar Avropa, AmerikaHindistanda aparılırdı. Rusiya ordusunun Reynə çıxmasından qorxan Fransa sülh danışıqlarına razılıq vermişdir. Müharibə 1748-ci ildə imzalanmış Axen sülhü ilə başa çatmışdır. Beləliklə, Habsburqlar ərazilərinin böyük hissəsini əldə saxlamışdır (Mariya Terezanın varislik hüququ tanındı), lakin Sileziyanın çox hissəsi Prussiyaya verilmiş və İtaliyadakı torpaqların bir hissəsi itirilmişdi (bu torpaqlar İspaniyaya qaytarılmışdır). Sülh Avropa dövlətləri arasındakı ziddiyyətləri həll etmədi. Avstriya irsi uğrunda müharibə ilə Yeddiillik müharibə araasında ancaq qısa fasilə olmuşdur.[7]

    İstinadlar

    1. Dwyer, Philip G. The Rise of Prussia 1700–1830. United Kingdom: Taylor & Francis, 2014. Page 14.
    2. Clodfelter, 2002. səh. 78
    3. Dwyer, p. 14.
    4. Gregory Hanlon. "The Twilight of a Military Tradition: Italian Aristocrats And European Conflicts, 1560–1800." Routledge: 1997. Page 120: "Gradual buildup brought the army close to 55,000 effective soldiers (including the provincial militia regiments) in 1747. This level of two percent of the total population, while lower than that of Prussia or Sweden, was far ahead of France, Austria, and most other European states, and certainly had no rival in Italy."
    5. "Statistics of Wars, Oppressions and Atrocities of the Eighteenth Century". 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-14.
    6. Clodfelter, 2002. səh. 81
    7. Австрија ирси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 64.

    Əlavə ədəbiyyat

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.