Avstriya Coğrafiya Cəmiyyəti
Avstriya Coğrafiya Cəmiyyəti (alm. Österreichische Geographische Gesellschaft) — Avstriyanın coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Vyana şəhərində yerləşir. Prezidenti 2015-ci ildən Helmut Volfşlaqdır[1].
Avstriya Coğrafiya Cəmiyyəti | |
---|---|
alm. Österreichische Geographische Gesellschaft | |
Növü | ictimai təşkilat |
Yaranma tarixi | 1856 |
Rəsmi dili | alman |
Mərkəzi | Avstriya |
geoaustria.ac.at |
Tarixi
Cəmiyyətin əsası 1856-cı ildə Avstriyanın Vyana şəhərində qoyulmuşdur.
Fəaliyyəti
Cəmiyyət müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Üzvlər üçün öz nəşrləri çap olunur.
Üzvləri
1902-ci ildə burada 2065 üzv var idi.
Avstriya Coğrafiya Cəmiyyəti Avstriyadakı ən böyük elmi birləşmələrdən biridir və təxminən fiziki şəxslərdən və elmi qurumlardan ibarət 1300 üzvü var.
Həmçinin bax
İstinadlar
- Geographie Aktuell, Ausgabe 24 II/2015 Arxivləşdirilib 2022-01-08 at the Wayback Machine. geoaustria.ac.at (alm.)
Xarici keçidlər
- geoaustria.ac.at — Avstriya Coğrafiya Cəmiyyətinin rəsmi saytı
- MÖGG mit Archiv: Schlagwortsuche und PDF-Summaries
- ÖGG Newsletter GEOGRAPHIEaktuell
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.