Avstriya-Prussiya müharibəsi

Avstriya-Prussiya müharibəsi (Almaniya tarixində həm də Alman müharibəsiYeddihəftəlik müharibə, İtaliya tarixində isə Üçüncü istiqlaliyyət müharibəsi kimi tanınır) — 1866-cı ildə Prussiya krallığıİtaliya ilə Avstriya imperiyası arasında baş vermiş hərbi münaqişə.

Avstriya-Prussiya müharibəsi
Almaniyanın birləşdirilməsi (1871),
Risorcimento
Georq Blaybtroy. Köniqqres döyüşü, 1869.
Georq Blaybtroy. Köniqqres döyüşü, 1869.
Tarix 14 iyun23 avqust 1866 (2 ay 9 gün)
Yeri Almaniya, Bohemiya, Şimali İtaliya
Səbəbi Almaniya uğrunda Avstriya-Prussiya rəqabəti, İtaliyanın Venesiya, Triest, Trient və Cənubi Tirol ərzilərinə iddiası
Nəticəsi Prussiyanın qələbəsi, Praqa və Vyana sülh müqavilələri
Münaqişə tərəfləri

 Avstriya İmperiyası

Prussiya krallığı

Komandan(lar)

I Frans İosif

I Vilhelm

Tərəflərin qüvvəsi

517123 nəfər[1]

637262 nəfər[2]

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Müharibədə ümumilikdə 29 dövlət bilavasitə iştirak etmiş, onlardan 13-ü Avstriya, 16-sı Prussiya tərəfində olmuşdur. Müharibə yeddi həftə davam etmişdir (15 iyun - 26 iyul 1866). Avstriya iki cəbhədə vuruşmaq məcburiyyətində qalmış, 1856-cı ildən bəri texnoloji çatışmazlığı və siyasi təcrid edilməsi onun bu müharibədə məğlubiyyətinə səbəb olmuşdur. 3 iyul 1866-cı ildə baş vermiş Sadova döyüşündə general-feldmarşal Moltkenin komandanlıq etdiyi Prussiya qoşunları Avstriya ordusunu darmadağın etdilər.

    Avqustun 23-də bağlanmış Praqa sülh müqaviləsinə görə, Avstriya Holşteyni Prussiyaya verdi və Alman Birliyini tərk etdi. 1866-cı il müharibəsinin siyasi nəticəsi Avstriyanın rəhbərliyi altında Alman dövlətlərini birləşdirməkdən imtina etməsi və Almaniyadakı hegemonluğunu Şimali Alman İttifaqına, yeni bir konfederativ dövlət quruluşuna rəhbərlik edən Prussiyaya keçməsi oldu.

    İstinadlar

    1. Clodfelter, M. Warfare and Armed Conflicts: A Statistical Encyclopedia of Casualty and Other Figures, 1492-2015. — 4th. — Jefferson, North Carolina : McFarland, 2017. — ISBN 978-0786474707.
    2. Clodfelter, M. Warfare and Armed Conflicts: A Statistical Encyclopedia of Casualty and Other Figures, 1492-2015. — 4th. — Jefferson, North Carolina : McFarland, 2017. — ISBN 978-0786474707.
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.