Avstriya-Macarıstan
Avstriya-Macarıstan — 1867–1918-ci illərdə mövcud olmuş imperiya. Avropanın çoxmillətli imperiyalarından olan bu imperiyanı Habsburqlar sülaləsi idarə edirdi. Avstriya-Macarıstan imperiyasi Birinci Dünya müharibəsində Almaniya, Osmanlı imperiyaları və Bolqarıstanla müttəfiq idi. 1919–1920-ci illərdə Antanta dövlətlərilə imzalanan Sen-Jermen, Trianon müqavilələrilə bağlı olaraq imperiya dağıldı.
İmperiya | |||||
Avstriya-Macarıstan | |||||
---|---|---|---|---|---|
alm. Österreich-Ungarn mac. Osztrák-Magyar Monarchia | |||||
|
|||||
«lat. Viribus Unitis ("Səylər ilə birləşdirilmiş") həmçinin lat. Indivisibiliter ac Inseparabiliter («Bölünməz və и ayrılmaz»)» |
|||||
|
|||||
|
|||||
Paytaxt | Vyana, Budapeşt | ||||
Dilləri | alman dili | ||||
Rəsmi dilləri | |||||
Dövlət dini |
katolisizm pravoslavlıq, kalvinizm, iudaizm, lüteranlıq və islam (1908-ci ildən)[1] |
||||
Valyuta | Avstriya-Macarıstan quldeni, Avstriya-Macarıstan kronu | ||||
Ərazisi |
|
||||
Əhalisi |
|
||||
İdarəetmə forması | ikili monarxiya | ||||
Avstriya imperatoru, Macarıstanın apostol kralı, Bohemiya, Dalmatsiya, Xorvatiya, Slavoniya, Qalitsiya və Lodomeriya və s. |
|||||
• 1867—1916 | I Frans İosif | ||||
• 1916—1918 | I Karl | ||||
Tarixi | |||||
• 28 iyun 1918 | Dağılması | ||||
Sələfi və xələfi | |||||
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Yaranması
1866-cı ildə Prussiya-Avstriya müharibəsi zamanı əldə edilən məğlubiyyət və alman ittifaqının dağılması nəticəsində Avstriya öz nüfuzunu itirmişdi. Bundan başqa artmaqda olan sosial və milli-siyasi təzadları aradan qaldırmaq üçün imperiyanın modernləşməsi, radikal islahatlar tələb olunurdu. 1867-ci ildə Avstriya və Macarıstan müqavilə imzaladılar. Həmin vaxtdan Avstriya imperiyası Avstriya-Macarıstan dualist monarxiyası kimi çıxış etdi. Yaranmış yeni dövlətin qanunverici əsasını 21 dekabr 1867-ci ildə qəbul edilmiş "Dekabr konstutsiyası" adlanan qanunlar külliyatı təşkil edirdi. Bu qanuna əsasən Avstriyanın imperatoru eyni zamanda Macarıstan kralı elan edilirdi. Hər iki dövlət üçün ümumi olan yalnız xarici işlər, hərbi və maliyyə nazirlikləri idi. Hər iki tərəf özünün paramenti, hökuməti və milli ordusuna, eləcə də bərabər hüquq və öhdəliklərə malik idilər. Vyana və Budapeştdəki parlamentlər, ümumimperiya məsələlərinə baxmaq üçün hərəyə 60 nümayəndə seçirdilər. Monarxın geniş imtiyazları var idi: o hər iki dövlətdə hökumət başçılarını təyin edilməsinə razılıq verir, parlamentləri çağıra və buraxa bilir, fövqəladə dekretlər verə bilirdi. İmperator xarici siyasətə və orduya başçılıq edirdi. Konstutsiya, imperiyanın bütün əhalisinin qanun qarşısında barəbərliyini, əsas vətəndaş hüquqlarını- söz, yığıncaq, din azadlıqlarını, şəxsi mülkiyyətin və mənzilin toxunulmazlığını, yazışma sirrini təmin edirdi.[3]
1867–1910-cu illərdə
Avstriya-Macarıstan dualizmi onların arasında bəzi ziddiyətləri aradam qaldırsa da burada yaşayan rumın, italan və slavyan əhalisinin hakimiyyətdən uzaqlaşdırılması, onlarla eyni imtiyaz sahibləri olan avstriya və macarıstan elitaları arasında ziddiyyətləri dərinləşdirdi. 1867-ci il müqaviləsindən sonra imperator Frans İosif və onun hökuməti, slavyan problemini həll edə bilmədi, üstəlik Bosniya məsələsindən sonra bunu biraz da qəlizləşdirdi. 1878-ci il Berlin konqresinin qərarına görə Avstriya-Macarıstan Bosniya və Herseqovinanı zəbt etsə də, formal olaraq onun üzərində Osmanlı suverenliyi qalmaqda idi. 1908-ci ildə gənc türklər inqilabı baş verən zaman yaranmış vəziyyətlə əlaqədar Avstriya-Macarıstan işğal etdiyi torpaqların bəzilərini itirimək təhlükəsi ilə üzləşdi. Buna yol verməmək üçün, 5 oktyabr 1908-ci ildə Frans İosif Bosniya və Herseqovinanı ilhaq etdi. Osmanlı böyük dövlətlər tərəfindənmüdafiə olunmadığı üçün 1909-cu ilin fevral ayında Avstriya-Macarıstanla imzaladığı müqaviləyə əsasən ərazilərin ilhaqının tanıdı və onlardan imtina etdiyi üçün 2,5 mln f.st ödəniş aldı. Yeni əyalətlərin birləşdirilməsi millətlər arası ziddiyyətləri daha da kəskinləşdirdi. 1910-cu il siyahıya almaya görə 52 mln əhalidən 30 mln-u slavyanlar, rumınlar və italyanlar təşkil edirdi.[4]
I Dünya müharibəsi illərində
28 iyun 1914-cü ildə Avstriya taxt-tacının vəliəhdi Hersoq Ferdinand Bosniyanın paytaxtı Sarayevoda serb millətçisi Qavrila Prinsip tərəfindən atəş açılaraq öldürüldü. Hərbisiyasi blokların qlobal qarşıdurması şəraitində başlanan Avstriya-Macarıstan və Serbiyа arasındakı "məhəlli müharibə" tezliklə bütün qabaqcıl Avropa dövlətlərinin geosiyasi maraqlarını üzə çıxartdı. Artıq iyunun 29-da Rusiya qismən səfərbərlik elan etdi. Bundan istifadə edən Almaniya avqustun 1-də Rusiyaya, avqustun 3-də onun müttəfiqi Fransaya müharibə elan etdi. Avqustun 5-də Böyük Britaniya Almaniyaya müharibə elan etdi. Bir qədər sonra Türkiyə və Bolqarıstan Almaniya ilə ittifaqa girdilər və "Dördlər ittifаqı" təşkil edilmiş oldu. 1914-cü ilin avqustunda Yaponiya Almaniyaya müharibə elan etdi. 1915–1917-ci illərdə İtaliya da Аntanta ilə ittifaqa girdi. Dördlər ittifaqına qarşı həmçinin Portuqaliya, Rumıniya, Yunanıstan, АBŞ müharibəyə başladı. Hərbi əməliyyatlarda iştirak etməsə də, Çin, Liberiyа, Siam, Latın Amerikasının on dörd dövləti də mərkəz dövlətlərə müharibə elan etdi. Beləliklə, Balkanlarda başlayan məhəlli münaqişə böyüyərək tarixdə birinci dəfə olaraq dünya müharibəsinə çevrildi.[5]
Avstriya-Macarıstanın müharibə planı
Avstriya-Macarıstanın planı alman Baş ştabının güclü təsiri altında tərtib edilmişdi. Avstriya-Macarıstan qüvvələri 3 böyük qrupa bölünmüşdü: Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq üçün özündə 4 ordunu birləşdirən eşalon "A", Sana və Dnestr çaylarından başlayan xətdən Buq və Visla arasından Şimala zərbə vurmalı, daha sonra Şərqə döməli və Proskurovoda cəmlənmiş rus ordusunu darmadağın etməli idi. "Minimal Balkan qrupu" Serbiyaya qarşı əməliyyatlar aparmaq üçün, Eşalon B Rusiya ilə müharibə baş verərsə Qalisiyaya göndərilməli, yalnız Serbiya ilə müharibə olacağı təqdirdə isə Balkan qrupunu gücləndirməli idi.
Müharibənin gedişatı
28 iyul 1914-cü ildə Avstriya-Macarıstan Serbiyaya müharibə elan etdi. Avsrtiya-Macarıstan İmperiyası tərəfindən müharibədə 7.8 mln əsgər iştirak etmişdi. I Frans İosif orduya rəhbərlik edə bilməyəcək qədər qoca idi bu səbəbdən yüksək ordu komaniri vəzifəsinə hersoq Fridrix von Österix gətirildi. General von Hötzendorf isə Baş qərargah rəhbəri təyin edildi. Ona geniş səlahiyyətlər verildi. Müharibənin əvvəlində Avstriya-Macarıstan ordusu 2 yerə ayrılmışdı. Ordunun kiçik bir hissəsi Serbiyaya hücum etməli digər böyük hissə isə çar Rusiyasına qarşı döyüşürdü. 1914-cü ilin sonuna qədər Serbiyanın işğalı Avstriya-Macarıstanın ağır itki verməsinə səbəb olmuşdu. Belə ki, imperiya hər hansı bir ərazi tuta bilməməklə yanaşı 450 minlik ordusunun 227 min nəfərini itirmişdi. Buna baxmayaraq 1915-ci ilin payızında Serbiya işğal edildi. 1916-cı ilin iyun-sentyabr aylarında baş verən döyüşlərdə Avstriya-Macarıstan ordusu ölü, yaralı və əsir alınmaqla 1,5 mln əsgər itirdi. Rusların qarşısını almaq üçün ittifaq dövlətlərin komandanlığı Qərb cəbhəsindən Şərqə bir neçə diviziya gətirdi. Rusların hücumları nəticəsində 1916-cı ilin avqustunda Rumıniya Avstriya-Macarıstana müharibə elan etdi. Şərq cəbhəsində isə müharibə tərəflər üçün uğursuz başlamışdı. Avstriya- Macarıstan 1915-ci ildə Lemberq döyüşündə məğlub olmuş, tezliklə Pşemsil şəhəri ələ keçirilmişdi. 1915-ci ilin yayında Almanların rəhbərliyi altında Qarlis-Tarnov hücumunda iştirak etdi. 1916-cı ilin oktyabrnda baş verən döyüşlərdə Avstriya-Macarıstan rus qoşunları məğlub etsə də 1 milyona yaxın əsgər itirdi. 1917-ci ildə baş verən Zbarov döyüşü Çexoslovakiyanın Avstriya-Macarıstana qarşı apardığı istiqlaliyyət mübarizəsində ən önəmli addımı idi. 1917-ci ilin dekabr ayının 7-də ABŞ Avstriya-Macarıstana qarşı müharibə elan etdi, lakin imperiyanın dağılmasına aparan ən önəmli səbəblər İtaliya cəbhəsindəki məğlubiyyətlər oldu. Sentyabrın 15-də müttəfiq qoşunları Bolqarıstanа və Selaniki cəbhəsindəki Avstriya-Macarıstan qoşunlarına zərbə endirdilər. Avstriya-Macarıstan oktyabrın 29-da barışıq istədi.[6]
İmperiyanın dağılması
1918-ci ilin payızında daхili sosial və milli ziddiyyətlər, hərbi əməliyyatlardakı uğursuzluqlar nəticəsində Avstriya-Macarıstan imperatorluğu dağılmağa başladı. Təsərrüfat dağınıqlığı, aclıq və cəbhələrdəki ağır məğlubiyyətlər milli azadlıq hərəkatını gücləndirdi. Avstriya-Macarıstanda yaşayan müxtəlif хalqlar müstəqil siyasi həyata qədəm qoydular. Oktyabrın 21-də avstriyalı deputatlar özlərinin Avstriya Müvəqqəti Milli Məclisini yaratdılar. Zaqrebdə təşkil olunmuş Xalq veçesi oktyabrın 28–29-da monarxiya ilə əlaqələri kəsərək slovenlərin, xorvatların və serblərin dövlətlərinin yaradılması haqqında qərar qəbul etdi. Oktyabrın 28-də isə Çех Milli Şurası Praqada Çехoslovakiyanı müstəqil dövlət elan etdi. Macarıstanda inqilab baş verdi. İmperator Karlın imperiyanı islahatlar həyata keçirmək yolu ilə saxlamaq cəhdləri uğursuzluqla nəticələndi. Krakovdda təşkil olunmuş ləğv etmə komissiyası oktyabrın 28-də Polşa torpaqlarının Polşa dövlətinə birləşdirilməsi barədə bəyanat verdi.[7] Həmin gün Avstriya-Macarıstan ordusunun komandanlığı müharibəni dayandırmaq хahişi ilə İtaliyaya müraciət etdi. 1918-ci il noyabrın 3-d ə Avstriya-Macarıstan komandanlığı Paduidə təslim olmaq haqqında akt imzaladı. Barışığın şərtlərinə görə müttəfiqlər ölkənin təsərrüfatına tam sahib olurdular. Noyabrın 11-də Müvəqqəti milli yığıncaq Avstriya respublikasını elan etdi. Habsburqlar ölkədən sürgün olundu. Noyabrın 16-da IV Karlı Macarıstanda taxtdan saldılar. Avstriya-Macarıstan imperiyası Avropanın siyasi xəritəsindən silindi.
Əyalətləri
İdarəçiliyin dualist sistemi, Avstriya torpaqlarında avstriyalıların, macar torpaqlarında isə macarların əsas hüquqlarını təmin edirdi. Avstriya Macarıstan əraziləri Leyto çayı ilə ikiyə bölünən Sisleytaniya və Transleytaniya ərazilərindən ibarət idi.[8]
- Sisleytaniya (Avstriya tacının torpaqları) daxil olan ərazilər:
- Aşağı Avstriya ershersoqluğu (Erzherzogtum Österreich unter der Enns), mərkəzi — Vyana (Wien)
- Avstriya dəniz sahili (alm. ''Triest'', it. ''Trieste'', slov. ''Trst'')
- Qoritsa və Qradişka knyaz dairəsi (Gefürstete Grafschaft Görz und Gradisca, Poknežena grofija Goriška in Gradiška), mərkəzi — Qoritsiya (alm. Gorizia, alm. Görz, sloven. Gorica)
- Triest şəhəri (''Reichsunmittelbare Stadt Triest und ihr Gebiet'', ''Città Imperiale di Trieste e Dintorni'')
- İstriya markqraflığı (Markgrafschaft Istrien, Markgrofovija Istra, Mejna grofija Istra), mərkəzi — Poreç (alm. Parenz, it. Parenzo, xorv. Poreč)
- ''Bohemiya krallığı'' (Königreich Böhmen, České království), mərkəzi — Praqa (alm. Prag, çex. Praha)
- ''Bukovina hersoqluğu'' (Herzogtum Bukowina, Герцогство Буковина, Ducatul Bucovinei), mərkəzi — Çernovtsı (alm. Czernowitz, rum. Cernăuți, ukr. Чернівці́)
- Dalmatsiya krallığı (Königreich Dalmatien), mərkəzi — Zadar (Split)
- Karintiya hersoqluğu (Herzogtum Kärnten), mərkəzi — Klaqenfurt (Klagenfur)
- Krayna hersoqluğu (Herzogtum Krain, Vojvodina Kranjska), mərkəzi — Lyublyana (alm. Laibach, slovenck. Ljubljana)
- Moraviya markqraflığı (Markgrafschaft Mähren, Markrabství moravské), mərkəzi — Brno (alm. Brünn, çex. Brno)
- Ştiriya hersoqluğu (Herzogtum Steiermark, Vojvodina Štajerska), mərkəzi — Qrats (Graz)
- Tirol knyazlıq dairəsi (Gefürstete Grafschaft Tirol, Contea Principesca del Tirolo), mərkəzi — İnsbruk (alm. Innsbruck)
- Forarlberq torpağı mərkəzi — Bregents (Bregenz)
- Qalitsiya və Lodomeriya krallığı (Königreich Galizien und Lodomerien, Królestwo Galicji i Lodomerii, Королівство Галичини та Володимирії), mərkəzi — Lvov (alm. Lemberg, pol. Lwów, ukr. Львів)
- Yuxarı Avstriya ershersoqluğu (Erzherzogtum Österreich ob der Enns), mərkəzi — Linz (Linz)
- Zalsburq hersoqluğu (Herzogtum Salzburg), mərkəzi — Zalsburq (alm. Salzburg)
- Transleytaniyaya (Macar tacının torpaqları) daxil olan ərazilər:
- Fiume şəhəri (''Stadt Fiume mit Gebiet'', ''Fiume város és területe'', ''Grad Rijeka i okolica'')
- Xorvatiya və Slovaniya krallığı (Kraljevina Hrvatska i Slavonija, Horvát-Szlavón Királyság, Königreich Kroatien und Slawonien), mərkəzi — Zaqreb (alm. Agram, mac. Zágráb, xorv. Zagreb)
- Macarıstan krallığı (Magyar Királyság), mərkəzi — Budapeşt (mac. Budapest)
- Bosniya və Herseqovina (Bosnien und Herzegowina, Bosna i Hercegovina) (с 1908 г.), mərkəzi — Sarayevo (alm. Sarajevo)
Tac torpaqları dairələr (bezirk) və statuar şəhərlərə (statutarstadt), dairələr şəhərlər (stadt) və icmalara (gemeinde) bölünürdü.
Din
Din/Məzhəb | Avstriya-Macarıstan | Avstriya | Macarıstan | Bosniya-Herseqovina |
---|---|---|---|---|
Katolik | %76,6 | %90,9 | %61,8 | %22,9 |
Protestant | %8,9 | %2,1 | %19 | %0 |
Serb pravaslavlığı | %8,7 | %2,3 | %14,3 | %43,5 |
Yahudilik | %4,4 | %4,7 | %4,9 | %0,6 |
İslam | %1,3 | %0 | %0 | %32,7 |
İstinadlar
- ["История государства Габсбургов: Австрийское дворянство 1806—1919 гг. Декрет императора Иосифа II от 1781 г. «Право веротерпимости» ([[Alman dili|alm.]] Toleranzpatent)". 2020-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-02. История государства Габсбургов: Австрийское дворянство 1806—1919 гг. Декрет императора Иосифа II от 1781 г. «Право веротерпимости» (alm. Toleranzpatent)]
- Рихтер Д. И. Австро-Венгерская империя (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1890. Т. I. С. 100–122.
- Səlimov, Şirxan. Avropa və Amerika ölkələrinin yeni tarixi (1800-1918-ci illər). Sumqayıt. 2012. səh. 299.
- Kozuchowsky, Adam. The Afterlife of Austria-Hungary. 2009.
- Mustafayeva, Səmayə. BİRİNCİ DÜNYА MÜHАRİBƏSİ DÖVRÜNDƏ BЕYNƏLХАLQ MÜNАSİBƏTLƏR. Bakı. 2010. səh. 70.
- "Avusturya-Macaristan İmparatorluğu'nu Birinci Dünya Harbi'ne Götüren Süreç". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-26.
- Wickham Steed, Henry. A Short History of Austria-Hungary and Poland. 2018.
- Sugar, Peter. F. A History of Hungary. Bloomington. 1994. səh. 54.