Avstraliya dilləri

Avstraliya dilləriAvstraliya ölkəsinin əhalisinin danışdığı dillər. Avstraliyada ən çox danışılan dil Avstraliya ingiliscəsidir. Orada bu dialekti danışanların sayı 15,5 milyon nəfərdir. Avstraliyanın növbəti ən çox danışılan dilləri bunlardır: italyan (317,000), yunan (252,000), kanton (245.000), ərəb (244.000), putunxua (220.000), Vyetnam (195.000) və ispan (98.000).[1]

Avstraliya dillərinin sahə üzrə xəritəsi

Yerli Avstraliya aborigenləri çoxlu dil ailələrinə və qruplarına bölünən Avstraliya aborigen dillərində danışırlar. Dillərin çoxluğuna baxmayaraq, onlarda danışanların ümumi sayı azdır və 56 min nəfərdən çox deyil. Ən böyük dil bir çox dialektlərə bölünmüş "Qərb səhrası dili"dir (7,000-dən çox danışanı var).[2]

İstinadlar

  1. Australian Bureau of Statistics. "Language Spoken at Home (full classification list)" (ingilis). 2006. 2012-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-30.
  2. Australian Bureau of Statistics. "Language spoken at home (Australian Indigenous languages only)" (ingilis). 2006. 2012-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-30.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.