Avrozona

AvrozonaAvropa Birliyinin rəsmi valyutası avro olan 19 dövləti birləşdirən valyuta birliyi. Bu dövlətlər avro və avro sentləri buraxmaq hüququna malikdirlər. Avrozona dövlətlərinin pul-kredit siyasətinə Avropa Mərkəzi Bankı cavabdehdir.

Üzvlər

Avro, Avropa Birliyi ölkələrinin iqtisadi və maliyyə birliyinin faktoru kimi ödənişsiz pul tədavülünə 1999-cu ildən buraxılıb. 1999-cu ildən AB-nin 15 üzvündən 11-i Maastrixt sazişinin tələblərinə uyğun olaraq avrozona yaratdılar və 1 yanvar 1999-cu ildən rəsmi tədavülə paralel ümumi valyuta kimi avropanı buraxdılar.

Avro və onun sentləri dövriyyəyə 1 yanvar 2002-ci ildən buraxılıb. Sloveniya avrozonaya 1 yanvar 2007-ci ildən, KiprMalta 1 yanvar 2008-ci ildən, Slovakiya 1 yanvar 2009-cu ildən, Estoniya — 1 yanvar 2011-ci ildən, Latviya — 1 yanvar 2014-cü ildən[1] daxil olub.

Hal-hazırda Avrozonanın tərkibinə 325 milyon əhalisi olan 19 ölkə daxildir.

Avrozonaya daxil olan (valyutası Avro olan) dövlətlər
Avrozonaya qatılma tarixi Dövlətin adı Avrodan əvvəlki milli valyuta İstisnalar
1 Yanvar 1999 Almaniya Almaniya

Avstriya Avstriya

Belçika Belçika

Finlandiya Finlandiya

Fransa Fransa

İrlandiya İrlandiya

İspaniya İspaniya

İtaliya İtaliya

Lüksemburq Lüksemburq

Niderland Niderland

Portuqaliya Portuqaliya

Almaniya Alman markı

Avstriya Avstriya şillinqi

Belçika Belçika franqı

Finlandiya Fin markkası

Fransa Fransız franqı

İrlandiya İrland paundu

İspaniya İspan pesetası

İtaliya İtalyan lirası

Lüksemburq Lüksemburq franqı

Niderland Niderland quldeni

Portuqaliya Portuqal eskudosu

Fransa Fransaya bağlı olan:


Niderland Niderlanda bağlı olan:

1 Yanvar 2001 Yunanıstan Yunanıstan Yunanıstan Yunan draxması -
1 Yanvar 2007 Sloveniya Sloveniya Sloveniya Sloven toları -
1 Yanvar 2008 Kipr Kipr

Malta Malta

Kipr Kipr paundu

Malta Malta lirası

Kipr Kiprin bir hissəsi olan:
1 Yanvar 2009 Slovakiya Slovakiya Slovakiya Slovak korunası -
1 Yanvar 2011 Estoniya Estoniya Estoniya Estoniya kronu -
1 Yanvar 2014 Latviya Latviya Latviya Latış latısı -
1 Yanvar 2015 Litva Litva Litva Litva litası -

Avropa İttifaqı üzvü olan lakin, Avrodan istifadə etməyən dövlətlər

Avropa Birliyinin üzvü olan lakin, rəsmi olaraq Avrodan istifadə etməyən bir neçə dövlətlər vardır.

Danimarka, Maastrixt sazişində qeyd edilən imtiyazlara əsaslanaraq Avrodan istifadə etməyən Avropa İttifaqının üzvüdür. Danimarka höküməti, referendumun nəticəsində qərar qəbul etmədiyi müddətcə, Avropa İttifaqı tərəfindən hüquqi təzyiqlə qarşılaşmaz. 28 Sentyabr 2000-ci ildə Danimarkada keçirilən referendumun nəticəsinə görə səs verənlərin 53.2%-i Avroya keçməyə qarşı çıxmışdır.

İsveçin Avro məsələsində imtiyaza sahib olmamasına qarşı, bu ölkədə keçirilən referendumlar, Avroya keçməyə maneə yaradır. 14 Sentyabr 2003-cü ildəki referendumun nəticəsinə görə, səs verənlərin 56.1%-i Avroya 'Yox' demişdir.

Avropa İttifaqına daxil olan lakin, Avrodan istifadə etmək üçün, müəyyən kriteriyalara hələki cavab verə bilməyən bir neçə dövlətlər vardır. Bolqarıstan, Çexiya, Xorvatiya, Macarıstan, PolşaRumıniya müəyyən kriteriyaları qarşıladıqdan sonra Avroya keçmək məcburiyyətindədirlər.

Avropa İttifaqına daxil olan lakin, Avrozonaya daxil olmayan (Avrodan istifadə etməyən) dövlətlər
Dövlətin adı Milli valyutası Avrozonaya daxil olmamasının səbəbi
Bolqarıstan Bolqarıstan Bolqarıstan Bolqar levi Avrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir
Çexiya Çexiya Çexiya Çex kronu Avrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir
Danimarka Danimarka Danimarka Danimarka kronu Maastrixt sazişində qeyd edilən imtiyazlara əsaslanaraq avrodan istifadə etmir
Xorvatiya Xorvatiya Xorvatiya Xorvatiya kunası Avrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir
İsveç İsveç İsveç İsveç kronu 14 Sentyabr 2003-cü ildəki referendumun nəticəsinə görə Avroya keçilməkdən imtina edilmişdir
Macarıstan Macarıstan Macarıstan Macarıstan forinti Avrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir
Polşa Polşa Polşa Polşa zlotı Avrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir
Rumıniya Rumıniya Rumıniya Rumıniya leyi Avrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir

Avropa İttifaqı üzvü olmayan lakin, Avro istifadə edən dövlətlər

  1. Rumıniya Andorra
  2. Kosovo Kosovo
  3. Monako Monako
  4. Monteneqro Monteneqro
  5. San-Marino San Marino
  6. Vatikan Vatikan

Dörd ədəd cırtdan dövlətlər, Andorra, Monako, San MarinoVatikan Avropa İttifaqının üzvü olmasalarda, edilən müqavilələr çərçivəsində avrodan istifadə etməkdədirlər.

MonteneqroKosovo isə Avropa İttifaqı ilə hər hansısa müqavilə imzalamadan avrodan istifadə etməkdədirlər.

Mənbələr

İstinadlar

  1. "Arxivlənmiş surət". 2014-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-01.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.