Avrora adaları
Avrora adaları — Cənubi Georgiya və Folklend adaları arasında ehtimal olunan kabus ada. Adalar ilk dəfə 1762-ci ildə kəşf edilmişdir. 1794—1870-ci illər ərzində 52°37' c.e və 47°49' q.u göstərilirdi. Adalar haqqında son məlumatlar 1856-ci ilə aiddir. Sonradan adalar aşkarlanmamışdır.
Bu adaların həqiqətəndə mövcud olub olmaması dəqiq bilinmir. Ola bilsin ki, ada zənn olunan obyekt ya aysberq ya da atmosfer hadisəsi olmuşdur. Belə düşünülür ki, bu adalar Şaq qayalıqlarıdır.
Açılış tarixi
- 1762 — İspaniyaya məxsus olan «Avrora» gəmisi Limadan Kadis istiqamətində üzərkən Cənubi Georgiya yolunun üzərində, Folklend adalarından cənub-şərqdə üç adanı kəşf etmişdir. Adalar adanın şərəfinə adlandırılmışdır.
- 1769 — İspaniya gəmisi olan «San-Migel» 52°37' c. e. və 47°49' q. u. adaları yenidən müşahidə etmişdir.[1]
- 1774 — «Avrora» gəmisinin heyət üzvləri adaları yenidən müşahidə etdiklərini bəyan edirlər.
- 1779 — «Mirvari» briqatı adaların mövcudluğunu təstiqləmişdir.
- 1790 — «Şahzadə» adalarını müşahidə etmişdir. Üstəlik «Dolores» adaların adasından keçmişdir.
- 21-27 yanvar 1794 — İspan korveti «Atrevida» J. de Butameste adaları tətqiq etmişdir.[2]
- 27 yanvar 1820 — Antarktika araşdırmaçıları Ceyms Ueddell bölgəni tətqiq etmiş və adaları aşkarlamamışdır.
- 1822 — «Оса» gəmisinin üzvləri adanın axtarışına çıxsalarda bir nəticə alınmamışdır.
- 1856 — «Helen Beyrd» gəmisinin kapitanı gəmi jurnalında sonuncu dəfə adaları 52°41 c. e. və 48°22' q. u arasında aşkarlamışdır.
Adanın təsviri
1794-ci ildə adalar «Atrevida» gəmisinin kapitanı J. de Butameste tərəfindən araşdırılmışdır. Onun sözlərinə görə adalar qrupu üç adadan ibarətdir:
- Mərkəzi ada — qrupun ən iri adasıdır. Zirvəyə malikdir. Çadır formasına malikdir. Cənubdan qarla örtülüdür. Şimalında qaraltı suxurun olması anlamına gəlir. Koordinatları 53°2’40" c. e. və 47°55’15" q. u.
- Şimal adası — hündürlüyü azdır, üstəlik üzəri buzla örtülüdür. Koordinatları 52°37’24" c. e. və 47°43’15" q. u.
- Cənub adası — böyük qaya, aysberqə bənzəyir. Koordinatları 53°15’22" c. e. və 47°57’15" q. u.
1856-ci ildə «Helen Beyrd» adasının kapinatı adaları tətqiq edərkən onların beş olmasını yazmışdır. Adalar qarla örtülüdürlər.
Ada ədəbiyyatda
- Allan Edqar Ponun «Artur Qordon Pimanın səyahəti» («The Narrative of Arthur Gordon Pym of Nantucket», 1838) povestində Avrora adalarının əhəmiyyətsiz axtarışlarından söhbət açılır.
- Barbara Xocsonun «Hippolita» («Hippolyte’s Island», 2001) poemasında qəhrəman adaları yenidən kəşf edir.
Adalar haqqında əfsanə
- Dənizçilər arasında belə bir əfsanə gəzirdi ki, burada İspaniyaya məxsus olan qızılla dolu olan gəmi batmışdır. R. Ramsey bu gəminin 1812-ci ildə Cənubi Şetland adaları yaxınlığında yoxa çıxmış «San-Temlo» olmasını ehtimal edir.
Ədəbiyyat
- Рамсей Р. Открытия, которых никогда не было / Пер. с англ. — СПб.: Амфора, 2002. — 253 с.
- Эдгар Аллан По. Повесть о приключениях Артура Гордона Пима // В кн.: «Эдгар Аллан По. Избранное». — М.: Художественная литература, 1984 («Б-ка литературы США»).
Həmçinin bax
İstinadlar
- Stephen A. Royle. A Geography of Islands: Small Island Insularity. Psychology Press. 19 March 2001. səh. 7. ISBN 978-1-85728-865-0. 11 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2012.
- Henry M. Stommel. Lost islands: the story of islands that have vanished from nautical charts. University of British Columbia Press. 1984. səh. 84. ISBN 978-0-7748-0210-9. İstifadə tarixi: 9 May 2012.