Avropamərkəzçilik
Avropamərkəzçilik və ya avropasentrizm — elmin, incəsənətin, fəlsəfənin, ədəbiyyatın və s. həqiqi sərvətlərin, zənginliklərin inkişafını yalnız Avropada görən konsepsiya.[1]
XIX yüzildə yaranmış bu konsepsiyaya görə, Avropa dünya yaranandan bu günədək hər hansı bir inkişafın, elmin və mədəniyyətin mərkəzi sayılır, dünyanın başqa yerlərində yaşayan xalqların nailiyyətləri kiçildilir, yeri gəldikcə heçə endirilir.[2]
İstinadlar
- "Avropasentrizm - azerdict.com". 2016-03-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-23.
- Əbülfəz Əliyev, Azərbaycan elminin tarixindən
Ədəbiyyat
- Quliyev Qorxmaz. Avropamərkəzçilik və yaxın Şərq. Azərbaycan. - 2006. №1, s. 165-172.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.