Avropa adadovşanı

Avropa adadovşanı (lat. Oryctolagus cuniculus) Dovşanlar fəsiləsinə (lat. Leporidae) aid cins. Dünya faunasında 1 cins və 43 növü vardır. Azərbaycanda bir cins vardır. Avropa adadovşanı Azərbaycan ərazisinə introduksiya edilmişdir.[3]

Avropa adadovşanı
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
İnfrasinif:
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Klad:
Gliriformes
Klad:
Glires
Fəsilə:
???:
Avropa adadovşanı
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  180129
NCBI  9986
EOL  327977
FW  233585

Yayılması

Əvvəllər Avropa adadovşanının arealı məhdud olub, İberiya yarımadasını, həmçinin Fransanın cənubundakı və Afrikanın şimal-qərbindəki izolyasiya olunmuş əraziləri əhatə edirdi. Məhz sonuncu böyük buz dövründən sonra adadovşanları yalnız bu ərazilərdə sağ qalmışlar, lakin insanın təsərrüfat fəaliyyəti nəticəsində adadovşanları Asiya və Antraktida istisna olmaqla, bütün qitələrdə yayılmışlar.[4]

Xarici görünüşü

Bədən uzunluğu 31–45 sm-ə qədər, çəkisi isə 1,3–2,5 kq-a çatır. Qulaqların uzunluğu başın uzunluğundan qısa olub, 6–7,2 sm-ə çatır. Bədənin üst tərəfinin rəngi bəzən narıncı çalara malik qonurumtul-bozdur. Quyruğun ucu qara və ya bozdur. Adadovşanı gəmiricilər dəstəsinin bir nümayəndəsi olub, qazıcı yaşayış tərzi keçirir. Bütün məməlilərdə olduğu kimi, bədən baş, boyun və gövdə hissələrinə bölünür. Gövdə ətraflar üzərində nisbətən hündürdə dayanır və kiçik quyruğa malikdir. Baş qismən uzunsovdur. Gözlərdə üst, alt və qırpma pərdəsi adlanan göz qapaqları vardır. Gözün qırpma pərdəsi quşlardansürünənlərdən fərqli olaraq, gözün yalnız yarısını örtür. Kəllənin yan tərəflərində məməlilər üçün xarakter olan qulaq seyvanı vardır. Başın üz hissəsinin önündə üst və alt dodaqla əhatə olunmuş ağız yerləşir. Üz hissəsinin ön qurtaracağında bir cüt burun dəliyi və ondan arxaya doğru yanlarda bir cüt göz vardır. Üst dodaq üzərində seyrək, uzun və sərt olan bığ yerləşir. Bədən xaricdən uzun və yumşaq tüklə örtülü olur ki, bunların hamısı birlikdə sıx xəz əmələ gətirir. Arxa ətraflar ön ətraflara nisbətən yaxşı inki-şaf etmişdir. Ön ətrafda 5 barmaq, arxada isə 4 barmaq vardır. Barmaqlar caynaqlarla qurtarır.

Həyat tərzi

Vəhşi dovşanlar adətən kolluq bitki örtüyünə və kobud relyefə malik ərazilərdə — yarğanlarda, dənizlərin və limalnların sıldırımlı sahillərində məskən salırlar. Nadir hallarda meşə zolaqlarında, bağlarda, parklarda və çox nadir hallarda əkin torpaqlarında rast gəlinirlər. Dağlarda dəniz səviyyəsindən 600 m-dək yüksəkliklərə qalxırlar. Qazımaq üçün əlverişli olan torpağın quruluşu adadovşanları üçün mühüm əhəmiyyətə malikdir. Onlar qumlu torpaqlarda yaşamağa üstünlük verir, sıx gilli və daşlı ərazilərdə məskunlaşmırlar.

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. Azərbaycanın heyvanlar aləmi. III hissə, Onurğalılar, Elm nəşriyyatı, Bakı, 2014
  4. "Братец кролик - Охота - Охотники.ру". 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.