Avropa ağ şamı

Avropa ağ şamı (lat. Abies alba) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü.

Avropa ağ şamı
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Gymnosperms
Şöbə:
Pinophyta
Yarımsinif:
Fəsilə:
Yarımfəsilə:
Abietoideae
Növ:
Avropa ağ şamı
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  506607
NCBI  45372
EOL  1033070

Vətəni Orta və Cənubi Avropa dır. Hündürlüyü 55 m, gövdəsinin dimateri 1,5 m olan ağacdır. Çətiti konusvarıdır, gövdəsinin aşağı hissəsi qurumuş budaqlardan tədricən təmizlənir. Gövdəsinin qabığı ağımtıl-bozdur, hamardır, 50 yaşından sonra üzərində çatlar əmələ gəlir. İynəyarpaqları tünd-yaşıl, parlaqdır, qozaları 15 sm uzunluğunda, 5 sm enində, silindrikdir, kilin hər tərəfindən 5-8 mavi ağızcıqlı xətlidir. Vegetativ budaqlarda cavan zoğları cod tükcüklü, yaşıl və ya açıq-qonur, sonradan bozumtul-qonur, cox vaxt qara ziyilciklidir. Aprel-may aylarında çiçəkləyir. Yetişmiş qozaları küt silindr formasında olub, uzunluğu 20 sm, eni isə 5 sm-ə qədər olur. Toxumları kiçik qanadlar üzərində yerləşir. Toxumla çoxaldılır.

Dərin, yüngül, məsaməli, rütubətli torpaqlarda yaxşı inkişaf edir. Kölgəsevəndir, quraqlığa davamsızdır. Abşeronda, Gəncədə park və bağlarda mədəni şəraitdə becərilir. Yaşıllaşdırma üçün çox yararlıdır.

İstinadlar

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.