Avropa Qran-prisi
Avropa Qran-Prisi (ing. Grand Prix of Europe, alm. Großer Preis von Europa) — avto yürüşlər üzrə Dünya Çempionatlığının ən önəmli mərhələlərindən biri
1980-ci ildən bu yana Qran-Pri ilk dəfə Dünya Formula-1 çempionatının təqvimində yer alır, lakin 1993-cü ildən bəri müntəzəm olaraq keçirilir. İkinci Dünya Müharibəsində "European Grand Prix" adlı bir yarışma təşkil edildi, bu ilk milli Qran-Prilərdən biri hesab olunurdu.
İlk belə müsabiqə İtaliyanın Monza şəhərində 1923-cü ildə İtaliya Qran-Pri çərçivəsində keçirilib. Fiat 805 avtomobilini idarə edən Karlo Salmano müsabiqənin qalibi elan edilmişdir.
Formula-1 yarışları Beynəlxalq Avtomobil Federasiyasının müəyyən etdiyi qaydalara əsasən təşkil olunur. Yarışlar il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır.
Tarixi
1947-1977-ci illər
İkinci Dünya Müharibəsindən sonra Avropa Qran-Prisi 1947-ci ildə Belçika Qran-Prisi olaraq yenidən keçirilməyə başladı. Lakin ilk rəsmi Formula-1 Qran-Pri 1950-ci ildə Böyük Britaniyada keçirilən Böyük Britaniya Qran-Prisi hesab olunur, hansı ki, bu Qran-Pri "XI European Grand Prix" kimi tanınırdı.
1983-1985-ci illər
1983-cü ildə Qran-Pri Yarışlarının Nyu-Yorkda keçirilməsi qərarı verildi. Yarışın son anlarında Qran-Prinin keçirilməsi ləğv olundu və təşkilatçılar Qran-Prini 1984-cü ildə Almaniyanın Nyurburqrinq şəhərinə salmağı qərara aldılar. 1985-ci ildə yarışların növbəti avropa etapı Böyük Britaniyanın Brends Xatç (ing. Brands Hatch) sahəsində keçirildi, lakin sonrakı mövsüm Macarıstan Qran-Prisi ilə əvəz edildi.
Pilotlar
Qələbələr | Pilot | Qran-pri |
---|---|---|
6 | Mihael Şumaxer | 1994, 1995, 2000, 2001, 2004, 2006 |
3 | Fernando Alonso | 2005, 2007, 2012 |
2 | Rubens Barikello | 2002, 2009 |
Sebastian Fettel | 2010, 2011 |
Ən son Avropa Qran-Prisi 2008-2012-ci illərdə İspaniyanın valensiya şəhərində keçirilən "Valensiya Küçə Halqası" olmuşdur. Yarışlar 2013-cü ildə təqvimdən çıxarıldı. Lakin 2016-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmiş Avropa Qran-Prisi ilə yarışlar yenidən təqvimə əlavə olundu.
Bakı Qran-prisində trekin uzunluğu 6 kilometr idi. Turnirdə orta sürət saatda 210, maksimum sürət isə 340 kilometrdir. Bakı Qran-prisi cari çempionatın səkkizinci mərhələsidir.
Bakıda keçirilən Avropa Qran-prisinin qalibi "Mersedes" komandasının üzvü Niko Rozberq olmuşdur. Almaniyalı pilot məsafəni 1 saat 32 dəqiqə 52 saniyəyə qət etmişdir. İkinci yerin sahibi "Ferrari" komandasının almaniyalı pilotu Sebastian Fettel, üçüncü yerin sahibi isə "Force İndia" komandasının meksikalı pilotu Serxio Perez idi.
İstinadlar
Xarici keçidlər
- Formula 1 European Grand Prix in Valencia Arxivləşdirilib 2012-05-07 at the Wayback Machine Official website.
- Nürburgring F1 statistics