Avroliqa
Avroliqa (sponsorluq razılaşmasına əsasən Türk Hava Yolları Avroliqa kimi də adlandırılır) — 2000-ci ildən etibarən Avropa basketbol klubları üçün Avroliqa Basketbol tərəfindən təşkil edilən Avropa səviyyəsində yüksək səviyyəli peşəkar basketbol klubu müsabiqəsi.
Konfederasiya | FİBA Avropa |
---|---|
Yaranma tarixi | FİBA erası 14 dekabr 1957)[1] Avroliqa dövrü 9 iyun 2000)[2] |
İlk mövsüm | FİBA erası 1958 Avroliqa dövrü 2000–01 |
Komanda sayı | 16 |
Piramida səviyyəsi | 1 |
Hazırkı çempionları | Fənərbaxça (İlk dəfə) |
Ən çox çempion olmuş | Real Madrid (9 dəfə) |
Veb-sayt | Rəsmi vebsayt |
2017-18 mövsümü |
2000-ci ildə verilən qərara əsasən, FİBA tərəfindən 1958-ci ildən etibarən idarə edilən FİBA Avroliqa (əvvəldən FİBA çempionları kuboku ya da sadəcə Avropa kuboku adlandırıldı) adında əvəzetmə edildi. Lakin bu sadəcə olaraq rebrendinq xarakteri daşıyırdı.
Avroliqa 2016-17 mövsümündə liqa matçları üçün orta hesabla 8.472-lik bir azarkeş sayı ilə dünyanın ən məşhur peşəkar qapalı idman liqalarından biridir. Bu nəticə ilə dünyada peşəkar qapalı idman liqaları arasında (Amerika Birləşmiş Ştatları xaricində ən yüksək) beşinci və yalnız Milli Basketbol Assosiasiyası (MBA) arxasında dünyanın hər hansı bir peşəkar basketbol liqası ikinci ən yüksək nəticədir.
Avroliqa çempionluğu 21 fərqli klub tərəfindən qazanılıb, onlardan 13-ü bu uğura ən azı 2 dəfə sahib olub. Yarışın ən müvəffəqiyyətli klubu Real Madriddir – doqquz dəfə bu mükafatın sahibi olmuşdur. Mövcud çempion isə 2017-ci ilin finalında Olimpiakosu məğlub edən Fənərbaxçadır ki, bu da onların ilk belə uğurudur.
Loqolar
Avroliqa loqosunun inkişafı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
2000–2005 | 2005–2010 | 2010–2016 | 2016–indiyə qədər | |||||
Klublar
Aşağıda 2017-18 mövsümündə iştirak edən klubların siyahısı verilib:
Anadolu Efes | İstanbul | Sinan Erdem Arenası | 16.000 |
Olimpiya Milan | Milan | Mediolanum Forum | 12.700 |
Baskoniya | Vitoriya-Qasteys | Fernando Buesa Arenası | 15.504 |
Broze | Bamberq | Broze Arenası | 6.249 |
Srvena Zvezda | Belqrad | Konbank Arenası | 18.386 |
Aleksandar Nikoliç Zalı | 8.150 | ||
MOİK Moskva | Moskva | Meqasport | 13.344 |
Barselona | Barselona | Blauqrana | 7.585 |
Fənərbaxça | İstanbul | Ülkər Sports Arena | 13.059 |
Ximki | Ximki | Mıtişi Arenası | 7.280 |
Makkabi Tel-Əviv | Təl-Əviv | Menora-Mivtaxim | 11.060 |
Olimpiakos | Pirey | Barış və Dostluq Stadionu | 11.640 |
Panatinaikos | Afina | Olimpik qapalı zalı | 18.989 |
Real Madrid | Madrid | Komunidad de Madrid Arenası | 15.000 |
Malaqa | Malaqa | Font de San Luis bələdiyyə pavilyonu | 11.300 |
Valensiya | Valensiya | Xose Mariya Martin Karpena Arenası | 8.500 |
Jalqiris | Kaunas | Jalqiris-Arena | 15.552 |
İstinadlar
- "Champions Cup 1958". linguasprt. 2019-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2017.
- "ULEB History". ULEB. 2013-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2017.