Avro-Atlantik Tərəfdaşlıq Şurası
Avro-Atlantik Tərəfdaşlıq Şurası (AATŞ; ing. Euro-Atlantic Partnership Council, EAPC) — NATO ilə Avropada və Asiyanın Avropa periferiyasında yerləşən qeyri-NATO ölkələri arasında münasibətləri yaxşılaşdırmaq üçün yaradılmış çoxtərəfli forum. Burada dövlətlər əməkdaşlıq etmək və bir sıra siyasi və təhlükəsizlik məsələlərini müzakirə etmək üçün bir araya gəlirlər. AATŞ 29 may 1997-ci ildə Portuqaliyanın Sintra şəhərində nazirlərin görüşündə yaradılmışdır. Bu, 1994-cü ildə yaradılmış Sülh Naminə Tərəfdaşlıq (SNT) ilə birgə fəaliyyət göstərir.
Üzvlər
50 üzvdən 28-i NATO üzvü, 22-si isə tərəfdaş ölkədir.[1] Tərəfdaş ölkələr bunlardır:
- 6 Soyuq Müharibə dövründə kapitalist iqtisadiyyatı olan, lakin hərbi cəhətdən neytral qalan ölkə:
- 12 keçmiş SSRİ ölkəsi:
- 4 keçmiş Yuqoslaviya ölkəsi:
İstinadlar
- "NATO partners". 2015-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.
Xarici keçidlər
- Tərəfdaşlıq Şurasının — Avro-Atlantik Tərəfdaşlıq Şurasının rəsmi saytı
- History of NATO – the Atlantic Alliance - UK Government site
- EAPC Security Forum 2007 in Ohrid, Macedonia
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.