Avrasiya Akademiyası

Avrasiya Akademiyası (ing. Eurasian Academy) görkəmli elm və sənət adamlarının, mütəxəssislərin və intellektualların beynəlxalq birliyidir.

Eurasian Academy logo

Qərargahı Azərbaycan Respublikası Bakı şəhərində yerləşən Avrasiya Akademiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 28 sentyabr 2012-ci ildə qeydiyyata alınmışdır.[1] [2] Avrasiya Akademiyasının təsisçiləri: Halil İnalcık (Turkey), Lütfi Zadə (USA),[3] M. Gazi Yaşargil (USA), Arif Məlikov (Azerbaijan), və Hamlet İsaxanlı (Azerbaijan). Avrasiya Akademiyası təbiət elmləri və texnologiya, humanitar və sosial elmlər, ədəbiyyat, incəsənət və musiqi kimi sahələri əhatə edir. Elm, sənət və insan inkişafına xidmət edən sahələrdə yüksək nailiyyətləri müstəqil surətdə və obyektiv şəkildə dəyərləndirmək və şərəfləndirmək Azərbaycan Akademiyasının əsas fəaliyyət sahələrindən biridir. Avrasiya Akademiyasına seçilən üzvlərə xüsusi hazırlanmış mükafat- “Avrasiya əfsanəsi” təltif olunur. Eyni zamanda Avrasiya Akademiyası öz xüsusi mükafatlarını və medallarını təsis edib layiq hesab etdiyi şəxsləri və qurumları təltif edir.

Fəaliyyət

2012-ci ildə elm adamları və sənətçilər arasında yeni Akademiyanın yaradılması barəsində çoxlu sayda müzakirələr və məsləhətləşmələr həyata keçirildi.

Təsisçilərin tərkibi haqqında yekun qərar qəbul edildi.

Akademiyanın adı və prinsipləri haqqında fikir mübadiləsi və müzakirələr həyata keçirildi.

Akademiyanın üzvlərinə veriləcək mükafatların növü və forması haqqında ilkin müzakirələr edildi.

Müzakirələr həyata keçirildi və Akademiya medallarının elmin, texnologiyanın və incəsənətin müxtəlif sahələrində fərqlənən şəxslərə verilməsi haqqında son qərar qəbul edildi.

Sonda Akademiyanın prinsipləri, ilkin qaydaları və prosedurları haqqında müzakirələr yekunlaşdırıldı.

Avrasiya Akademiyası elm və mədəniyyətin inkişafına kömək ictimai birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 1112-Q42-3103 qeydiyyat nömrəsi ilə 28 sentyabr 2012-ci il tarixində qeydiyyata alınıb.

2013-ci ildə Martın 12-də Ədliyyə nazirliyində yenicə rəsmi qeydiyyata alınmış Avrasiya Akademiyasının (Bakı, Azərbaycan Respublikası) şəhadətnaməsi və Dövlət reyestrindən çıxarış bu akademiyanın təsisçilərindən biri olan Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya təqdim olundu.

2013-ci ildə Mayın 14-də Avrasiya Akademiyasının təsisçilərindən biri olan professor Hamlet İsaxanlı Bakıda yerləşən Xəzər Universitetində Akademiyanın üzvlərinə təqdim olunacaq mükafat dizaynı üçün elan olunacaq müsabiqəyə hazırlıqla bağlı görüş keçirdi. Mükafatın dizayn məsələsi hərtərəfli müzakirə edildikdən sonra iştirakçılar may ayının sonuna kimi elm və incəsənətdə məşhur olan tarixi və tanınmış fiqurlar əks olunmaqla beş medalın və mükafatın ən yaxşı eskizinin hazırlanması üçün müsabiqə elan edilməsi haqqında qərar qəbul etdilər.

Müsabiqə 2013-cü il 1 iyundan- 2013 cü il 15 sentyabra qədər çəkdi.

Keçirilmiş avrasiya hədiyyə kuboku eskiz və maket variantında təqdim edilmiş,müsabiqənin qalibi Afaq Kərimovadır. A.Kərimova 1985-ci ildən xalçaçı rəssam kimi əmək fəaliyyətinə başlamış,1995-ci ilədək Azərxalça İ.B.də baş rəssam,2004-cü ilədək AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində baş rəssam,şöbə müdiri vəzifələrində çalışmışdır. 50-dən çox əsəri Azərbaycanın Dövlət muzeylərində, Dünya muzeylərində,ABŞ,Fransa,Türkiyə,İspaniya və şəxsi kolleksiyalarda saxlanılır. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Hazırda Xəzər Universitetində müəllimə və xalça muzeyinin müdiri kimi çalışır.

Nailə xanım İsayevə və dərzi Mətanət Əsgərova Akademiyanın üzvləri üçün mərasim geyimlərini dizayn etdilər. Onlar öz planlarını 2013-cü il ərzində həyata keçirdilər.

2014 və 2015-ci illərdə mükafat və medalların hazırlanması haqqında hərtərəfli planlar hazırlandı.

2015-ci ilin sentyabr ayında mükafat və medallar hazırlandı və Avrasiya Akademiyasının Açılış Mərasimi planlaşdırıldı.

Avrasiya Akademiyasının rəsmi açılış mərasimi və “Avrasiya Əfsanəsi” mükafat mərasimi 2016-cı ildə yanvar ayında keçirildi. Professor Ali Cavan Akademiyanın birinci üzvü seçildi.[4][5]

Avrasiya Akademiyasının İkinci Rəsmi Məclisi 2016-cı ildə noyabr ayında keçirildi. Robert HosseinTürkan Şoray Akademiyanın üzvləri seçildilər, “Avrasiya Əfsanəsi” mükafatı təltif olundular.[6][7][8][8][9][10][11][12][13][14][15][16][17][18][19][20][21][22][23][24][25][26][27][28][29][30][31][32]

Qurucular

Üzvlər

İstinadlar

  1. "News: Eurasian Academy Established". 2015-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
  2. "Eurasian Academy Established". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
  3. "News: Eurasian Academy Meeting". 2015-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
  4. "https://metbuat.az/news/358987/bakida-avrasiya-akademiyasi-fealiyyete-baslayib.html" (az.). metbuat.az. 29 Yanvar 2016. 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
  5. "Bakıda Avrasiya Akademiyası fəaliyyət göstərəcək" (az.). 1news.az. 18.01.2016. 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
  6. ""Türkologiya" jurnalının nəzdində yaradılan seminarın ilk toplantısı olub" (az.). azertag.az. 17.11.2016. 2021-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
  7. "Türkan Şoray və Rober Osseyn Xəzər Universitetində olublar" (az.). sputnik.az. 17.11.2016. 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
  8. "Türkan Şoray üçüncü dəfə Bakıda: "Xoşbəxtəm"" (az.). axar.az. 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
  9. "Arxivlənmiş surət". 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  10. "Arxivlənmiş surət". 2016-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  11. "Arxivlənmiş surət". 2016-11-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
  12. http://bizimxeber.az/2016/11/17/turkan-soray-bakiya-gəldi-video/%5B%5D
  13. "Arxivlənmiş surət". 2016-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  14. "Arxivlənmiş surət". 2016-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  15. "Arxivlənmiş surət". 2016-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  16. "Arxivlənmiş surət". 2016-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  17. "Arxivlənmiş surət". 2016-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  18. "Arxivlənmiş surət". 2016-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  19. "Arxivlənmiş surət". 2016-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  20. "Arxivlənmiş surət". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  21. "Arxivlənmiş surət". 2016-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  22. "Arxivlənmiş surət". 2016-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  23. "Arxivlənmiş surət". 2016-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  24. "Arxivlənmiş surət". 2016-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  25. "Arxivlənmiş surət". 2016-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  26. "Arxivlənmiş surət". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  27. "Arxivlənmiş surət". 2016-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  28. "Arxivlənmiş surət". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  29. "Arxivlənmiş surət". 2016-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  30. "Arxivlənmiş surət". 2016-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  31. "Arxivlənmiş surət". 2016-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  32. "Arxivlənmiş surət". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.