Avram Herşko

Avram Herşko və ya Ferens Herşko (ivr. אברהם הרשקו, 31 dekabr 1937[1][2], Karçaq[d], Yas-Nadkun-Solnok[d]) — yəhudi əsilli macar[3] həkimbiokimyaçı.

Avram Herşko
ivr. אברהם הרשקו
Doğum tarixi 31 dekabr 1937(1937-12-31)[1][2] (86 yaş)
Doğum yeri
Elm sahəsi biokimya
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Nobel mükafatı Kimya üzrə Nobel mükafatı (2004)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Avram Herşko 1937-ci ilin dekabr ayının 31-də Macarıstanın Karçaq şəhərində anadan olmuşdur. 1950-ci ildə ailəsi ilə birgə İsrailə köçmüş və günümüzdə də burada yaşamaqdadır. Avram Herşko 1965-ci ildə Qüds Universitetində tibb təhsili aldıqdan sonra 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə etdi. Hal-hazırda Hayfada İsrail Texnologiya İnstutunun tibb fakültəsinin professorudur. 2004-cü ildə "uvikvitin protein deqredasiya"sının kəşfinə görə Aaron Çexanover və İrvin Rozla birlikdə Nobel Kimya Mükafatına layiq görülmüşdür.[4]

Mükafatları

  • 1987 — Alimlər üçün Veyzmen mükafatı (İsrail)
  • 1994 — Biokimya sahəsində İsrail mükafatı
  • 1999 — Beynəlxalq Qayrdner mükadatı (Kanada)
  • 2000 — Albert Lasker mükafatı
  • 2001 — Tibb üzrə Vulf mükafatı (İsrail)
  • 2003 — Xarici Assosiyasiyalar, Milli Elmlər Akademiyası (ABŞ)
  • 2004 — Nobel Kimya Mükafatı, Aaron Çexanover və İrvin Rozla birlikdə

İstinadlar

  1. Avram Hershko // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  2. Avram Hershko // Munzinger Personen (alm.).
  3. ""Hungarian" Nobel Prize winners". 2020-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
  4. "Avram Hershko Nobel Lecture". 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.