Avraam Orteli

Avraam Orteli (lat. Abraham Ortelius, nid. Abraham Ortels; 14 aprel 1527[1], Antverpen, Brabant hersoqluğu[d][1]28 iyun 1598[2][3][…] və ya 29 iyun 1598[1], Antverpen, Brabant hersoqluğu[d][1]) — şərti olaraq ilk müasir atlasın – Theatrum Orbis Terrarumun yaradıcısı kimi tanınan flandriyalı kartoqraf və coğrafiya mütəxəssisi. O, eyni zamanda qitələrin bir zamanlar vahid halda olduğunu iddia etmiş, bunun nəticəsi olaraq ilk dəfə "Qitə sürüşməsi" teoriyasını irəli sürmüşdü.

Avraam Orteli
nid. Abraham Ortell
Doğum tarixi 14 aprel 1527[1]
Doğum yeri
Vəfat tarixi 28 iyun 1598(1598-06-28)[2][3][…] (71 yaşında) və ya 29 iyun 1598(1598-06-29)[1] (71 yaşında)
Vəfat yeri
Fəaliyyəti xəritəşünas, tarixçi, qravüraçı[d], coğrafiyaşünas, arxeoloq
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ailəsi Auqsburqdan olan Abraam Orteli 14 aprel 1527-ci ildə Hollandiyanın Antverpen şəhərində anadan olub. 1547-ci ildə iyirmi yaşında Müqəddəs Lukanın Gildiyasına qoşuldu və xəritə illüstratoru kimi çalışdı. Dəyərli xəritələr satın alaraq, rəngləndirərək, kətanlara yapışdırıb sataraq, gəlirlərini artırdı və erkən səyahətlərini maliyyələşdirdi. 1554-cü ildə karyerasında böyük təsiri olan Gerard Merkator ilə tanış olur və 1564-cü ildən coğrafi xəritələrin nəşri ilə məşğul olmuşdur. 1575-ci ildə isə Abraam Orteli İspaniya kralı II Filippinin yanında coğrafiyaşünas təyin edildi.

Nailiyyətləri

Avraam Orteli coğrafiyanı tarixin gözü adlandırmışdır. O, qədimdə xalqların məskunlaşmasından, o dövrdəki dövlətlərin sərhədlərindən danışan elmə tarixi coğrafiya adlandırır və onu tarix elminin yardımçı fənni hesab edirdi. Orteli 1570-ci ildə tarixi coğrafi xəritə və atlasları nəşr etdirdi.[4]

Orteliyanın atlasından dünya xəritəsi, 1570
Maris Pacifici

Orteli 20 may 1570-ci ildə ilk olaraq yeni tipli kitabı — dünyanın coğrafi atlasını tərtib etmiş və bildirmişdi ki, Antverpendə işıq üzü görmüş ölkəşünaslıq xarakterli 70 xəritə və məqalə vardır. Kitab Theatrum Orbis Terrarum adlanırdı, 1624-cü ilə qədər altı Avropa dilində ümumi tirajı təxminən 7300 nüsxə ilə 40 dəfədən çox təkrar nəşr edilmişdir.

Avstraliya, Avraam Ortelinin xəritəsində cənubdan cənub qütbü ilə birləşmiş şəkildə göstərildiyindən bunun həqiqətə uyğun olub-olmadığı məsələsi həll olunmamış qalmaqda idi. Qaranlıq qalmış bu problem isə 1642-ci ildə Hollandiyalı dənizçi Abel Tasman tərəfindən həll edilmişdi.

O, Gerard Merkatorla yanaşı, kartoqrafiyanın inkişafında müstəsna rol oynayıb. Orteli həm də Sakit Okeanın ilk ətraflı xəritəsinin sahibidir — Maris Pacifici.

Ədəbiyyat

  • Яцунский В.К. Историческая география. История её возникновения и развития в XIV–XVIII веках. — М.: Изд. Академии Наук СССР, 1955. — С. 102–131. — Тираж 4000 экз. (в пер.).
  • Казакова Н. А. Русский перевод XVII в. "Theatrum Orbis Terrarum" А. Ортелия // Вспомогательные исторические дисциплины. — Т. XVIII. — Л.: Изд. "Наука", 1987. — С. 121–131. (в пер.).
  • Marcel P. R. van den Broecke. Ortelius Atlas Maps. An illustrated Guide. — HES Publishers BV, 1996. — 308 P. — Тираж не обозначен. — ISBN 90 6194 308 6. (в пер. и суперобложке).

İstinadlar

  1. ECARTICO (ing.).
  2. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Abraham Ortelius // Internet Speculative Fiction Database (ing.). 1995.
  4. Борисовская Н. А. Старинные гравированные карты и планы. — Москва: Галактика, 1992. — 272 с. — С. 10.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.