Avicii

Avicii (əsl adı: Tim Bergling; 8 sentyabr 1989[2][3][…], Stokholm20 aprel 2018[2][3][…], Maskat) — isveçli dicey, remiksçi və musiqi prodüseri. Tim 16 yaşında olanda elektron musiqi forumlarında öz hazırladığı remikslərini paylaşmağa başlamış və ilk rekord müqaviləsini bu sayədə almışdır. O, 2011-ci ildə buraxdığı “Levels” sinqlı nəticəsində məşhur olub. Onun 2013-cü ildə çıxan ilk albomu “True” müxtəlif janrlarla elektron musiqinin qarışığı idi. Bu albom tənqidçilər tərəfindən müsbət rəylər almışdı. Albomdan olan sinql “Wake Me Up” ABŞ və Birləşmiş Krallıq daxil olmaqla bir çox ölkələrin hit-paradlarında üst sıralarda qərarlaşmışdı.[4][5][6]

Avicii
isv. Tim Bergling
Ümumi məlumatlar
Doğum adı Tim Lidén[1]
Ləqəbləri Avicii, Tim Berg, Tom Hangs, Jovicii, Timberman
Doğum tarixi 8 sentyabr 1989(1989-09-08)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 20 aprel 2018(2018-04-20)[2][3][…] (28 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, dicey, musiqi prodüseri, müğənni
Fəaliyyət illəri 2006–2018
Janrlar proqressiv haus[d], elektro haus[d]
Musiqi alətləri klavişli alət[d], gitara, piano, sintezator
Albom şirkətləri Universal Music Group[d], Capitol Records[d], Ultra Music, Geffen Records[d], EMI[d], Island Records[d]
İmzanın şəkli
avicii.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Timin ikinci studiya albomu “Stories” 2015-ci ildə işıq üzü görmüşdür. O, 2017-ci ildə dinləyicilərinə “Avīci (01)” adlı mini-albom təqdim etmişdir.[7] Timin məşhur sinqllarına daxil idi: “I Could Be the One” (Niki Romero ilə), “You Make Me”, “X You”, “Hey Brother”, “Addicted to You”, “The Days”, “The Nights”, “Waiting for Love”, “Without You” və “Lonely Together”. Timin 2012-ci ildə David Qetta ilə birlikdə ərsəyə gətirdiyi “Sunshine” mahnısı “Qremmi” mükafatına namizəd göstərilmişdi.[8] O, növbəti il 2013-cü ildə “Levels” sinqlına görə bu mükafata yenidən namizədlik əldə etdi. Bir sıra musiqi jurnalları Tim Berqlinqin 2010-cu illərin əvvəllərində elektron musiqinin radioda daha populyar olmasında əməyi olduğunu bildirib.[9][10]

Tim Berlinq 2016-cı ildə stress və ağırlaşmış psixi sağlamlıq səbəbindən konsert səfərlərinə çıxmağı dayandırmışdı. O, 20 aprel 2018-ci ildə, istirahət üçün getdiyi Omanın Maskat şəhərində öz həyatına son qoyub.[11] Avicii-nin üçüncü və sonuncu albomu olan “Tim” onun ölümündən sonra 2019-cu ildə yayımlanmışdır.

Həyatı və fəaliyyəti

Tim Berqlinq 8 sentyabr 1989-cu ildə Stokholm şəhərində anadan olub.[12] Onun atası ofis əşyaları biznesi ilə məşğul olan Klas Berqlinq, anası isə aktrisa Anki Lidendir. Timin üç-qardaş bacısı var: Devid Berqlinq, Linda Sterner və aktyor Anton Körberg. Tim Berqlinq hələ səkkiz yaşında ikən öz yataq otağında musiqi ilə məşğul olurdu.[13]

Tim 16 yaşında olarkən dicey olan qardaşından ilham almış və öz musiqisini yaratmağa başlamışdır.[14] O, FL Studio-nu internetdən pirat formada yükləyərək öz-özünə istifadə etməyi öyrənmişdir. Tim 2007-ci ilin mayında Dejfitts Plays musiqi şirkəti ilə müqaviləyə imza atmışdı.[15] O, müntəzəm olaraq bacarıqlarını inkişaf etdirmək üçün Laidback Luke-un forumlarına üzv olmuşdu. Bu icmanın üzvü olmaqla, o, rəy ala, yeni şeylər öyrənə və sənətini təkmilləşdirə bilmişdi.[16]

Ölümü

Avicii 20 aprel 2018-ci ildə Omanın Maskat şəhərində yaşadığı evində ölü olaraq tapılmışdır. Ailəsi 26 aprel tarixində, məşhur diceyin ölüm səbəbinin intihar olduğunu bildirmişdir.[17]

Diskoqrafiya

Albomlar

  • Avicii Presents Strictly Miami (mix, 2011)
  • The Singles (mini-albom, 2011)

Single'lar

İl Single Hit-paradda ən yüksək yer
SE
[18]
NL
[19]
AT
[20]
DK
[21]
NO
[22]
BE (Vl)
[23]
BE (Wa)
[24]
CH
[25]
IR
[26]
GB
[27][28]
US
[29]
2008 «Sound of Now»
2009 «Muja EP»
«Alcoholic»*
«Ryu-Strutnut»
2010 «Bom»
«Bromance»* 16 5 1 4
«Malo»
«Seek Bromance»* 20 53 5 4 13 13
2011 «Street Dancer» 67
«Sweet Dreams»
«Jailbait»
«Blessed»**
(при уч. Shermanology)
22
«Fade into Darkness» 4
«Penguin» 60
«Levels» 1 3 4 3 1 4 5 5 3 4 60
2012 «Silhouettes» 11 43 26 27 27 22

* Psevdonim Tim Berg.
** Psevdonim Tom Hangs.

Birgə single'lar

İl Single Hit-paradda ən yüksək yer
SE
[18]
NL
[19]
AT
[20]
CH
[25]
IR
[30]
GB
[27]
2009 «Even» (Avicii and Sebastien Drums)
«Break da Floor» (Ralph vs. Avicii)
2010 «My Feelings for You» (Avicii and Sebastien Drums) 37 51 34 40 46
«iTrack» (Tim Berg vs. Oliver Ingrosso & Otto Knows) 53
«Tweet It» (Tim Berg, Norman Doray, Sebastien Drums)
«Insomnia» (Starkillers, Pimp Rockers, Tom Hangs & Marco Machiavelli)
«Don’t Hold Back» (Jovicii feat. Andy P)
2011 «Snus» (Avicii and Sebastien Drums)
«Collide» (Leona Lewis / Avicii) 29 3 4
2012 «I Could Be the One» (Avicii vs Nicky Romero) 20
2013 «Wake Me Up» (Avicii feat. Aloe Blacc) 1 1

Remix'lər

2009
2010
  • «Gettin’ Over You» (Avicii Vocal + Dub Remix) — David Guetta (Feat. Chris Willis, LMFAO & Fergie)
  • «Hang With Me» (Avicii’s Exclusive Club Mix) — Robyn
  • «Escape Me» (Avicii’s Remix At Night) — Tiësto (Feat. CC Sheffield)
  • «Rapture» (Avicii’s New Generation Mix) — Nadia Ali
  • «One Love» (Avicii Remix) — David Guetta (Feat. Estelle)
2011
  • «Drowning» (Avicii Remix) — Armin Van Buuren
  • «Derezzed» (Avicii Remix) — Daft Punk
  • «Every Teardrop Is a Waterfall» (Avicii ‘Tour’ Mix) — Coldplay
2012
  • «Girl Gone Wild» (Avicii’s UMF Mix) — Madonna
  • «Superlove» (Avicii’s Space Mix) — Lenny Kravitz

Xarici keçidlər

İstinadlar

  1. Sveriges befolkning 1990. Ramsele: National Archives of Sweden, 2011. ISBN 978-91-88366-91-7
  2. Avicii // Dutch Top 40.
  3. Bibliothèque nationale de France Tom Hangs // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. Avicii – True Arxivləşdirilib 11 iyun 2017 at the Wayback Machine. Australian-charts.com. Retrieved 16 October 2015.
  5. Avicii – True Arxivləşdirilib 21 oktyabr 2020 at the Wayback Machine. danishcharts.dk. Retrieved 16 October 2015.
  6. Avicii – True Arxivləşdirilib 11 avqust 2017 at the Wayback Machine. Swedishcharts.com. Retrieved 16 October 2015.
  7. Rishty, David. "Avicii Breaks Musical Silence With 'Avīci' EP: Listen". Billboard. 10 August 2017. 31 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 April 2023.
  8. Avicii. "Grammy Awards 2012". December 2011. 24 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2013.
  9. Gottlieb, Jed. "Avicii's hits brought electronic dance music to mainstream". Boston Herald. 21 April 2018. 1 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2018.
  10. "Top DJ Avicii dies at 28". The Straits Times. 21 April 2018. 28 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2018.
  11. "Aviciis familj i öppet brev: "Tim var inte gjord för det maskineri han hamnade i"" [Avicii's family in open letter: "Tim was not made for the machinery he ended up in"]. SVT Culture (isveç). Sveriges Television. 26 April 2018. 26 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2021.
  12. "Avicii obituary". The Times (ingilis). 23 April 2018. ISSN 0140-0460. 9 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2022.
  13. "13 facts you probably didn't know about Avicii". Metro Radio (ingilis). 16 August 2016. 21 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 March 2019.
  14. Marikar, Sheila. "The E.D.M. star Avicii dies too soon". The New Yorker. 20 April 2018. 12 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2018.
  15. "Avicii Bio | Avicii Career". MTV. 21 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2013.
  16. "Laidback Luke Forum: Where Are They Now?". turnupthebass.net. 30 April 2014. 19 May 2014 tarixində arxivləşdirilib.
  17. "Avicii 28 yaşında vəfat edib". 2018-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-20.
  18. "Discography Avicii". swedishcharts.com (ingilis). Hung Medien. 2012-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-01.
  19. "Discography Avicii". dutchcharts.nl (holland). Hung Medien. 2012-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-01.
  20. "Discography Avicii". austriancharts.at (alman). Hung Medien. 2012-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-01.
  21. "Discography Avicii". danishcharts.com (ingilis). Hung Medien. 2012-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-01.
  22. "Discography Avicii". norwegiancharts.com (ingilis). Hung Medien. 2012-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-01.
  23. "Discography Avicii". ultratop.be (holland). Hung Medien. 2012-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-01.
  24. "Discography Avicii". ultratop.be (fransız). Hung Medien. 2012-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-01.
  25. "Discography Avicii". hitparade.ch (alman). Hung Medien. 2012-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-01.
  26. "Discography Avicii". irish-charts.com (ingilis). Hung Medien. 2012-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-01.
  27. "Avicii featuring Salem Al Fakir" (ingilis). The Official UK Charts Company. İstifadə tarixi: 2012-06-01.
  28. "Tim Berg" (ingilis). The Official UK Charts Company. 2012-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-01.
  29. "Avicii: Chart History" (ingilis). Billboard. 2009-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-01.
  30. "Ireland Top 20 @ Top40 Charts". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-01.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.