Aviasiya Təhlükəsizlik İdarəsi

Aviasiya Təhlükəsizlik Baş İdarəsi (ATBİ) 1996-cı ildə Bakı, Naxçıvan, Gəncə, YevlaxZabrat aeroportlarının Aviasiya Təhlükəsizlik Xidmətlərinin bazasında yaradılmışdır.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Aviasiya Təhlükəsizlik Xidməti tərəfindən 1997-ci ilin dekabr ayından etibarən xüsusi texnikadan istifadə etməklə pasport-viza nəzarəti, həmçinin Avropa və MDB ölkələrinə uçan sərnişinlərlə sorğu həyata keçirilir.

Bu müddət ərzində saxta sənədlərlə getməyə cəhd edən və mümkün cinayətləri törətməkdə müəyyən şübhə yaradan xeyli şəxslər reyslərdən çıxarılmışdır.

Heydər Əliyev Beynəlxalq Aeroportunda mövcud olan videomüşahidə sistemi aviasiya təhlükəsizliyinin təmin edilməsi səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan yaratmışdır.

Aeroportun terminallarında, perronda və aerovağzal kompleksinin (AVK) qarşısında quraşdırılmış kameralar mümkün hüquq pozuntuları haqqında vaxtında məlumat almağa, həmçinin AVK binasına girişdəki ilkin yoxlama mərhələsindən hava gəmisinə minənədək sərnişinlərin hərəkətinə nəzarət etməyə imkan yaradır.

Bütün məlumatlar müşahidə kameralarından ATİ-nin monitorla və rəqəmli yazı qeydiyyatı aparan müasir sistemlə təchiz olunmuş videodispetçer məntəqəsinə daxil olur.

Aviasiya Təhlükəsizlik İdarəsində müasir texniki vasitələr mövcuddur.

Aviasiya Təhlükəsizlik İdarəsinin sertifikatlı mütəxəssisləri texniki vasitə və sistemlərin təmiri və profilaktikası üzrə işləri peşəkarlıqla yerinə yetirirlər.

ATİ-nin başlıca vəzifəsi

  • Yerli və beynəlxalq hava xəttləri ilə sərnişinlərin, baqajın, yüklərin və poçtun hava daşımaları həyata keçirilərkən sərnişinlərə, onların əl yükü və baqajlarına baxış keçirməklə aviasiya təhlükəsizliyi tədbirlərinin təmin edilməsindən, mülki aviasiya obyektlərinin və hava gəmilərinin mühafizəsindən ibarətdir.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.