Avgi
Avgi — qədim yunan mifologiyasında bir neçə min baş mal-qarası olan Elida çarı. Avginin tövləsini ("Avgi tövlələri") yalnız Herakl təmizləyə bilmişdi. Avgi Herakla tövlələrin təmizlənməsi müqabilində öz mal-qara sürüsünün onda birini ona pay verəcəyini vəd edir. Herakl, qazıdığı kanal vasitəsilə Alfey və Peney çaylarının sularını Avgi tövlələrindən axıtmaqla onları bir gündə təmizləyir. Avgi tövlələri ifadəsi məcazi mənada həddən artıq bərbadlığı və səliqəsizliyi bildirir.[1]
İstinadlar
- Авҝи төвләләри // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 41.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.