Avey (dağ)
Avey dağı — Azərbaycanın Qazax rayonu ərazisində yerləşən Kiçik Qafqaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir.
Avey dağı | |
---|---|
| |
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Dağ silsiləsi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 992,5 m |
Yerləşməsi | |
41°08′55″ şm. e. 45°13′16″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon |
|
|
|
|
Daş Salahlı kəndindən 12 km aralıqdadır. Buralarda hələ paleolit dövrünə aid insan fəaliyyətinin izləri var. İbtidai görkəmli qayadaca çapılan məbədlər, 30-a qədər süni mağara aşkar edilmişdir. Dağın başında qədim alban məbədi var. Cəbhə xəttinə yaxın olduğundan zirvəsinə hazırda giriş məhduddur.
Avey sözünün mənası
Avey sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada olub. Toponim Ay evi kimi açıqlanır – Avey-Ayev. Ümumən türklərdə Aya sitayiş qədim dövrlərdən bəri geniş yayılıb. Qədim türklərdə "Ay Tənqri" (Ay Allahı) ifadəsi olub. Avey dağının özündə və ətrafında abidələr çoxdur. Təsadüfi deyil ki, respublika hökumətinin 22 fevral 1989-cı il tarixli qərarı ilə Avey dövlət tarix-mədəniyyət qoruğu yaradılmışdır.[1]
İstinadlar Şahin Mirzəyev
- "Avey dağı". 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-04.