Avdur

AvdurAzərbaycan Respublikasının Xocavənd rayonunun Mirikənd kənd inzibati ərazi dairəsində kənd.[1] 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Avdur kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.

Avdur
39°50′38″ şm. e. 46°56′22″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 863 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 151 nəf. (2005)
Rəsmi dili
Avdur xəritədə
Avdur
Avdur

Toponimikası

Kənd bəzi mənbələrdə Avdur Takır kimi qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, kənd keçmiş Buğuz qalasının yerində salınmışdır. Ərazidə köhnə qəbiristanlıqların olması burada çox qədimdən insanların məskunlaşmasından xəbər verir. Kənd sonralar yerini dəyişərək bir qədər aşağıda salınmışdır.

Toponimi fars dilindəki ab (su) və duru (təmiz, saf) sözləriylə "təmiz sulu yer" mənasında açıqlayırlar və ya qədim türk dillərindəki "adur" (təpəlik yer, sıldırım) sözləri ilə əlaqələndirirlər.

Avdur Takır toponiminə gəlincə, ikinci komponent takır türk dillərində "gurultu", "uğultu" mənalarını ifadə edir. Məsələn, Moldovanın ərazisində Lunqa çayının sağ, Yalpuq çayının sol qolu Avdarma/Avdırma adlanır. Çayın kənarında qaqauzlar yaşayan eyniadlı yaşayış məntəqəsi də yerləşir. Qaqauz toponimikasında bu hidronim qıpçaq dilinin elementi kimi "bulanıq, çevrilmiş, qarışmış" mənalarında izah olunur. Xocavənd rayonu ərazisindəki Qaranlıq çayının adı da bu mənanı əks etdirir.[2]

Tarixi

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd dağətəyi meşəlikdə yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999[3] XXXX XXXX XXXX
2009[4] ↗XXXX ↗XXXX ↗XXXX

Mədəniyyəti

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil

Kənddə təhsil müəssisəsi mövcud deyil.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər


Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.