Avazlar
Avazlar — Azərbaycan Respublikasının Laçın rayonu Hoçaz kənd inzibati ərazi dairəsində kənd.[1]
Avazlar | |
---|---|
Ölkə |
Tarixi
Bu kəndin tarixi haqqında yazılı mənbələr demək olarki yox dərəcəsindədir. Kəndlə bağlı tədqiqatçı yoxdur. Araşdırmaçılar sadəcə olaraq Azərbaycan ərazisində yaşayan tayfalar haqqında, toponimlər haqqında, ya da hansısa türkçü düşüncə ilə yanaşdıqda hansısa bir mənbədə türkə bağlılıq görüblərsə, elə oradaca xalq qarşısında xidmətlərini bitmiş hesab ediblər. Unudurlar ki tarixi təhrif etmək, gələcək nəsilləri türkçü etmək demək deyil. Əksinə anti-türk tədqiqatçılara bu bir şans olur. O şanski, onlar Qafqazın türk tarixinin ancaq bu cür mənbələrdən ibarət olduğunu bildirib ələ salsınlar. Avazlar kəndinin adına aydınlıq gətirmək istəyən şəxslərin adlarını, aşağıdakı ardıcıllıqla qeyd edək. Necə olubki bu kənd haqqında hansısa mənbəyə söykəniblər? Gəlin bizdə onları araşdıraq: 1. Tənqidçi, ədəbiyyatşünas, publisist, professor - Teymur Əhmədov 2. Azərbaycan tarixçisi, etnoqrafi, tarix elmləri doktoru, professor - Qiyasəddin Qeybullayev 3. Ədəbiyyatşünas-tənqidçi, tərcüməşünas-tərcüməçi, türkoloq, filologiya elmləri doktoru, professor, əməkdar müəllim - Nizami Məmmədov 4. Professor, elmlər doktoru, Azərbaycan Yazıçılar və jurnalistlər birliklərinin üzvü - Ziyadxan Nəbibəyli
1) Teymur Əhmədov - Araşdırması, Azərbaycan ərazisində yaşamış tayfaların milli kimliyi məsələsini ortaya qoyur. Avaz tayfası haqqında isə bu cür qeyd edir: " VI əsr Suriya mənbələrində Şimali Qafqazın Hun əyalətində yaşayan tayfalar arasında Sabirlər, Bulqarlarla yanaşı Avazlar türk tayfalarıda üstünlük təşkil edirdi." 2) Qiyasəddin Qeybullayev - Araşdırması Azərbaycan toponimləri ilə əlaqəli olan, "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". I cild. səh. 64 də isə bu cür qeyd edilir: "Bu kəndin adı Avaz tayfasnın yaşadığı ərazi mənasında Avazlar toponimi kimi formalaşmıdır. Xəzər və peçeneqlərin tərkibindəki avaz/abaz/abas tayfasının bir qolunun adındandır. Gürcüstanın Bolnisi rayonunda yaşayan avazlar nəsli burada da Avazlar məhəlləsini təşkil etmişlər. Avaz adında şəxs də vardır. Xalq arasında – "Avazın yaxşı gəlir,oxurduğun quran olsa" – deyilər. Burada avaz səs, ün, intonasiya mənasında işlənir. Lakin bu kəndin adı tayfa adından götürülmüşdür." 3) Nizami Məmmədov - Araşdırması, "Avaz türk etnosunun qədim türk etnosu kimi adı həmdə Xəzərlərin tərkibində olmaqla yanaşı, bir çox türk dilli xalqların içərisində abas, appas adları ilə mövcud olan Avaz tayfasının adını əks etdirdiyini bildirir." 4) Ziyadxan Nəbibəyli - Araşdırmasının əsasını isə Laçının kəndlərinin milli kökənli olmasını isbat etmək durur. Belə ki o, "Zəngəzurun altun tacı Laçın" adlı kitabın 174-cü səhifəsində yuxarıda adlarını qeyd etdiyimiz müəlliflərin araşdırması əsasında Avazlar kəndi haqqında bu cür qeyd edib: "Mənbələrin araşdırlması bu qənaətə gəlməyə imkan verir ki, Zəngəzurdakı, Yuxarı Qarabağdakı, Qərbi Azərbaycandakı (Ermənistan) və onların bir parçası olan Laçın bölgəsindəki Avazlar yaşayış məntəqəsinin adı (oykonimi) buradakı Avazlar adı ilə məlum olan yer-yurd adları Xəzər və peçeneqlərin tərkibində olan Xəzərlərdə Avaz, Peçeneqlərdə isə Abas kimi işlənən Avaz türk tayfasının adındandır. Deməli, bu yaşayış yerinin adı "Avaz türk tayfalarının torpağı, yurdu, kəndi, avazların məskunlaşdığı yer" kimi başa düşülməlidir. "
Dəyərli oxucu bu yanaşmanın hər birini fərdi halda deyil də, bu cür cəm halda oxusa özü aydın edəcək ki bütün araşdırmaların kökündə duran əsas məsələ Laçının Avazlar kəndi deyil, Azərbaycan da yaşayan Avazlar tayfasını tədqiq etmək olub. Məsələ Avazlar kəndində gəldikdə isə heç bir dəqiq mənbə araşdırılmadığı üçün, məcburən Avazlar kəndini də Avaz tayfasına aid ediblər. Bunu Ziyadxan Nəbibəyli elə özü öz yazısında sanki etiraf edir. O sözə bu cür başlayır: "Mənbələrin araşdırmasından bu qənaətə gəlmək olurki.." yəni, başqa mənbə olmadığı üçün Avazlar adının, Azərbaycanda yaşayan Avaz tayfasından olmasını qəbul edirik deyir. Onu da qeyd edək ki, qeyd olunan Avaz türk etnosu ölkə xarici mənbələrdə, kökün Abaza tayfasına məxsus olduğun bildirir. Abaza isə əksər mənbələrdə türk kimi yox, Şimali Qafqazın aborogen sakinləri kimi təqdim olunur. Gürcüstanda olan Abxaziya, Rusiya Federasiya ərazisində olan Abazin adlı muxtar dövlət qurumları və özlərinə məxsus bayraqları var. Qara dənizin şərq hissəsi Abazaların vətəni sayılır. Bəs əsil həqiqət necədir? Avazlar adının bu kəndə verilməsində təhrif olunan həqiqi tarix necədir? Əsil həqiqətdə isə Avaz pəhləvan kimi tanınan bir şəxs, İranda təxmini Qacar imperatorluğu dövründə ordu başçısı, sərkərdə olduğu söylənilir. Şahın qardaşını qətlə yetirdiyi üçün, Şimal Azərbaycana sığınacaq kimi üz tutur. Tək yaşaması və fiziki görünüşcə hər kəsdən fərqləndiyi üçün Avaz pəhləvanı Laçın ərazisində hər kəs Tək Avaz kimi nişan verərmiş.Xoy şəhərindən olduğu iddia olunan tək Avaz, yaşamaq üçün təhlükəsiz yer olaraq indiki Avazlar kəndinin ərazisini seçir və buranı uyğun bildiyi üçün elə bu ərazidə məskən salır. Avazlar ərazisində, dar bir kahada yaşadığından, insanlar kahanın darlığı mənasında kaha olan əraziyə Avazdar demişlər. Yəni Avazın qaldığı dar yer mənasında, lakin sovetlər dönəmində bu söz orfoqrafik səhv kimi qəbul edilmiş və ad Avazlar olaraq rəsmiləşdirilmişdir. Sonralar bu əraziyə, digər yerlərdən də ailələr köçərək məskunlaşmışlar. Tək Avazın bizlərə Novruz adlı oğlu məlumdur. Novruz yeni gün, yeni həyat deməkdir. Tarixə nəzər salsaq adətən ilkin məskunlaşma zamanı əraziyə verilən adlara, insanlar "Yeni" sözün əlavə ediblər. Misal olaraq Yəni Daşkənd, Yəni kənd, Təzə kənd və s. kimi adlar günümüzdə də vardır. Tək Avazda bu niyyətlə, yeni həyat anlayışlı bu adı əraziyə qoymaq imkanı olmadığından, övladının adına qoymuşdur. Novruzun isə Həsənəli və Fərzəli adlı oğlanları olmuşdur. Bu gün Həsənəlinin törəmələri Bərdə rayonu, Fərzəlinin törəmələri isə Tərtər (Ələsgərli kəndi) rayonu ərazisində "Novruz" soyadı ilə tanınan ailələrdir. Tək Avaz haqqında olan bu məlumatı, Avaz soyunun, eləcə də Avazlar kəndinin yaşlıları öz xatirələrində daim yaşatmışlar. Sonralar Laçın rayonunun erməni işğalı isə bütün arxivləri əl çatmaz etdiyi üçün, təqiqatçılar heç özlərin yormayıb elə sözü gətirib ölkə hüdudlarında yaşayan tarixi Avaz tayfası ilə əlaqələndiriblər.[2]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Mədəniyyəti
Kəndin məktəbi, klubu, kitabxanası və mağazası var idi.
Coğrafiyası və iqlimi
Bu kənd rayon mərkəzindən 25 km. şimal-qəbdə yerləşirdi.
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq idi.
Əhalisi
2006-cı ilin statstikasına görə kəndin əhali sayı 70 nəfər olmuşdur.
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- Avazlar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 64. ISBN 978-9952-34-155-3.