Avar-andi-sez dilləri
Avar-andi-sez dilləri — nax-Dağıstan dillərinin qolu. Burada geniş şəkildə fərqlənən avar dialektləri, andi və sez dilləri birləşdirilir. Avar-andi-sez dilləri içərisində avar və andi dilləri əhəmiyyətli dərəcədə yaxınlıq nümayiş etdirir, onlar avar-andi qrupunda birləşdirilir, sez dilləri isə xüsusilə seçilir. Sergey Starostin hesab edirdi ki, lak dili müasir avar-andi-sez dilləri ilə uzaqdan qohumdur.[1] Dilçi Yevgeni Bokaryov avar-andi-sez icmasını sadəcə olaraq "avar" adlandırırdı.[2]
İstinadlar
- Дьяконов, Игорь Михайлович, Старостин, Сергей Анатольевич. Хуррито-урартские и восточнокавказские языки (PDF) // Древний Восток: этнокультурные связи. Москва: Наука. 1988.
- Бокарев Е. А. Введение в сравнительно-историческое изучение дагестанских языков. Махачкала, 1961. С. 19–20
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.