Avan Yüzbaşı

Avan Yüzbaşı (fars. آوان یوزباشی, erm. Ավան հարյուրապետ; 1670, Loru mahalı1735, Qarabağ bəylərbəyliyi) — erməni əsilli sərkərdə, üsyançı. O, Səfəvi-Osmanlı müharibəsi (1730-1736) zamanı vəziyyətdən istifadə edərək üsyan çıxarmışdır.[1]

Avan Yüzbaşı
fars. آوان یوزباشی
erm. Ավան հարյուրապետ
Şəxsi məlumatlar
Ləqəbi Yüzbaşı
Doğum tarixi
Doğum yeri Loru, Gürcüstan bəylərbəyliyi, Səfəvilər dövləti
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Qarabağ bəylərbəyliyi, Səfəvilər
Hərbi fəaliyyəti
Mənsubiyyəti Səfəvilər
Rusiya İmperiyası
Xidmət illəri 1724–1730
Rütbəsi Yüzbaşı (kapitan)
Döyüşlər David bəy üsyanı
Əlaqələri David bəy

Bioqrafiya

Avan və ailəsi əslən loruludur. Onlar 1717-ci ildə Qarabağ bəylərbəyliyi ərazisində yerləşən Şuşaya köçmüşdür. O burada Yüzbaşı (kapitan) adını qazanmışdır.[1]

Regiondakı ermənilər Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşündən çox ilhamlanmışdır. Avan Yüzbaşı və yaxın yoldaşları 1722-ci ildə Gəncə şəhərinə rus zabitləri ilə görüşməyə getmişdir. XVII–XVIII əsrlərdə Sünikin cənubu olan Zəngəzur ermənidilli əhalinin üsyan mərkəzinə çevrilir,[2] 1700-cü illərdə o, Sünik və Qarabağ məliklərinin də iştirak etdiyi[3] milli azadlıq hərəkatını yaratmışdı.[4]

1720-ci ildə David bəyin rəhbərliyi altında Sünikdə Səfəvi hakimiyyətinə qarşı üsyan başladı.[5][6] Üsyana rəhbərlik edən David bəy[7][8] Sünikin cənubunu, o cümlədən Qafan şəhərini tutur. Bir müddət sonra üsyan Naxçıvan əyalətinə də yayıldı və bəzi zamanlarda David bəy Aqulis kəndini də ələ keçirdi.[5] Eyni zamanda o, 1725–1727-ci illərdə Sünik Çuxursəd ərazisini işğal etməyə çalışan Osmanlı qüvvələrinə qarşı mübarizə aparırdı.[9]

Avan David bəy rəhbərliyindəki üsyanın əsas simalarından biri idi. O, 1724-cü ildə Qafana getmiş və üsyana qoşulmuşdur. Onlar QarabağZəngəzurda həm Osmanlı, həm də Səfəvi qoşunlarının məğlub etmişdir. Rus çarına yazdığı məktubda Avan "biz çar hakimiyyəti altına girənə kimi vuruşacağıq. Biz xristianlıqdan heç vaxt imtina etməyəcəyik, öz inancımız üçün vuruşacağıq" yazmışdır. Xəmsə məliklikləri və Rusiya vəzifəliləri arasında rabitə quran erməni milliyətçisi Kəhva Çələbi yazır:

" Ən yaxın erməni qəsri... Şuşi (Şuşa) idi. Şuşi Şamaxıdan dörd günlük uzaqlıqdadır. Oranı Avan Yüzbaşı rəhbərliyindəki silahlanmış ermənilər dəstələri qoruyur. Patriax da daxil olmaqla, görüşdüyüm erməni rəhbərlər Şamaxı vasitəsilə Dərbəndə qayıtdılar. Şuşa qəsəbəsinin dağlarla örtülüdür. Silahlanmış ermənilər dəqiq sayı hələ də naməlumdur. Ermənilərin Qarabağda baş verən döyüşlərdə türkləri məğlub etdiyi barədə dedi-qodular yayılıb....[10] "

Avan Yüzbaşı 1728-ci ildə Bakı şəhərinə gedir və yenə ruslardan yardım istəyir. Bir il Bakıda, rus qarnizonunda xidmət göstərir.

Mənbə

İstinadlar

  1. Burnutyan, 2001. səh. 447
  2. Зангезур Arxivləşdirilib 2021-01-18 at the Wayback Machine // Большой энциклопедический словарь. — 2012. — С. 467}}
  3. C. Burnutyan — İranika Ensiklopediyasından "Armenia and Iran Arxivləşdirilib 2011-08-10 at the Wayback Machine":
    In 1701, Ori traveled to Moscow with the Archimandrite Minas Tigranean, and presented to Peter the Great his plan for the liberation of Armenia, with the help of Russia, by means of the military forces of the meliks of Siwnikʿ and Arcʿax.
  4. Everi, Piter; Beyn Fişer, Uilyam; Hembli, Qevin; Melvil, Çarlz. The Cambridge history of Iran: From Nadir Shah to the Islamic Republic. 7. Cambridge University Press. 1991. səh. 314. 2012-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.
  5. Петрушевский И. П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв. — Л., 1949. — С. 170.:
    Еще до вмешательства России и Турции, в 1722 г., против шахского владычества восстали грузины в Картии и армяне в Зангезуре и Нахчеванском крае, надеясь на помощь единоверной России. Но после Константинопольского трактата христианские районы Закавказья целиком отошли под власть Турции. Армянские повстанцы, основная масса которых состояла из крестьян, под предводительством Давид-бега, ещё долго продолжали бороться с турецкими войсками в трудно доступных горных ущельях Кавказа, Зангезура и Нахчеванского края (район Акулис-Ордубад). Последним успехом Давит-бега было занятие Акулиса. В 1728 г. Давит-бег умер в своей резиденции, крепости Алидзор. Его заместил храбрый Мхитар. Однако раздоры в среде предводителей движения, среди которых было немало меликов, мелких землевладельцев и священников, привели к тому, что в 1729 г. часть их во главе со священником тэр Аветисом вступила в переговоры с турецкими властями и сдала им крепость Алидзор, получив обещание амнистии. Обещание не было выполнено, сдавшиеся были перебиты, их жены и дети обращены в рабство. Тэр Аветис один получил свободу и позволение удалиться со своей семьей в Иерусалим. Мхитар продолжал борьбу, ему удалось ещё взять г. Ордубад. В 1730 г. он был убит предателем, голова его была отослана к турецкому паше в Тебриз, ополчение его было рассеяно. Так кончилось восстание, продолжавшееся 8 лет.
  6. C. Burnutyan — İranika Ensiklopediyasından "Armenia and Iran Arxivləşdirilib 2011-08-10 at the Wayback Machine":
    In 1722, the Afghan Maḥmūd son of Mīr Ways seized Isfahan, putting an end to the 200-year Safavid kingdom. Meanwhile, in the provinces of Arcʿax and Siwnikʿ in eastern Armenia (Qarabāḡ and Zangezūr), armed strife spread between rebelling Armenian soldiers and local khans and Turkish-speaking nomadic feudal lords seeking self determination in the face of anarchy.
  7. Britaanika Ensiklopediyasından "Armenia Arxivləşdirilib 2015-05-03 at the Wayback Machine" məqaləsi:
    In mountainous Karabakh a group of five Armenian maliks (princes) succeeded in conserving their autonomy and maintained a short period of independence (1722–30) during the struggle between Persia and Turkey at the beginning of the 18th century; despite the heroic resistance of the Armenian leader David Beg, the Turks occupied the region but were driven out by the Persians under the general Nādr Qolī Beg (from 1736–47, Nādir Shah) in 1735.
  8. Richard G. Hovannisian. The Armenian People from Ancient to Modern Times. — Palgrave Macmillan, 1997. — Vol. II. Foreign Dominion to Statehood: The Fifteenth Century to the Twentieth Century. — P. 88. — 493 p. — ISBN 0312101686, ISBN 9780312101688:
    Although the Turks were successful in capturing those fortresses, as well as most of northeastern Persia in 1724, the Armenian region of Karabagh-Zangezur fought on. The Armenians there were armed and had found a formidable leader in the person of Davit Bek
  9. C. Burnutyan — İranika Ensiklopediyasından "Armenia and Iran Arxivləşdirilib 2011-08-10 at the Wayback Machine" məqaləsi:
    Having only recently shaken off the yoke of the qezelbāš, the Armenian people reengaged in a struggle for liberation, this time against Ottoman occupation troops. The armed Armenian forces waged heroic battles on the outskirts of Erevan, in Qarabāḡ, in the mountainous regions of Siwnikʿ and elsewhere. Daviṭʿ Beg, leader of the liberation battles being waged in Siwnikʿ, defeated the Ottoman troops and reached the banks of the Aras. He linked with Shah Ṭahmāsp II who was conducting the war against the Ottomans in Azerbaijan. Shah Ṭahmāsp by special edict recognized the dominion of Daviṭʿ Beg over the province of Siwnikʿ
  10. Burnutyan, 2001. səh. 133

Ədəbiyyat

  • Burnutyan, Corc A. Armenians and Russia, 1626-1796: A Documentary Record. Mazda Publishers. 2001. ISBN 978-1568591322.
  • Kizlinq, Bredi. Rediscovering Armenia: Guide. Yerevan, Armenia: Matit Graphic Design Studio. 2005.
  • Sani, Ronald Qriqor. Looking Toward Ararat:Armenia in Modern History. Bluminqton: Indiana University Press. 1993.
  • Abrahamyan, A. C. One page from the history of Transcaucasian peoples and Armenian-Russian relations. İrəvan. 1953.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.