Auqusto Pinoçet
Auqusto Hose Ramon Pinoçet Uqarte (isp. Augusto José Ramón Pinochet Ugarte; 25 noyabr 1915[1][2][…], Valparaiso[3] – 10 dekabr 2006[4][5][…], Santyaqo[5]) — Çili dövlət və hərbi xadimi, general-kapitan (ordu generalı). 1973-cü il sentyabrın 11-də dövlət çevrilişi yolu ilə prezident Salvador Alyendeni hakimiyyətdən salan hərbi xuntaya rəhbərlik etmiş, 27 iyun-17 dekabr 1974-cü il tarixlərində Çili Millətinin Ali Rəhbəri, 17 dekabr 1974–11 mart 1990-cı il tarixlərində Çilinin prezidenti, 11 sentyabr 1973–11 mart 1998-ci il tarixlərində isə Çili Ordusunun Ali Baş Komandanı olmuşdur.
Auqusto Hose Ramon Pinoçet Uqarte | |
---|---|
Augusto José Ramón Pinochet Ugarte | |
17 dekabr 1974 – 11 mart 1990 | |
Əvvəlki | Salvador Alyende |
Sonrakı | Patrisio Aylvin Asokar |
Çili Millətinin Ali Rəhbəri | |
27 iyun 1974 – 17 dekabr 1974 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Augusto José Ramón Pinochet Ugarte |
Doğum tarixi | 25 noyabr 1915[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 10 dekabr 2006[4][5][…] (91 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | hərbi qulluqçu, siyasətçi |
Atası | Auqusto Pinoçet Vera |
Anası | Avelina Uqarte Martines |
Həyat yoldaşı | Lusia İriart |
Uşaqları |
oğulları: Auqusto və Marko Antonio qızları: Lusiya, Jaklin və Veronika |
Dini | katolisizm |
Hərbi xidmət | |
Döyüşlər | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Erkən həyatı və mənşəyi
Auqusto Pinoçet 25 noyabr 1915-ci ildə Çilinin ikinci böyük şəhəri Valparaisoda dünyaya gəlmişdir. Onun atası Auqusto Pinoçet Vera liman gömrüyündə məmur, anası Avelina Uqarte Martines ev xanımı idi. Gələcək dövlət başçısı 6 uşaqdan ən böyüyü idi. Pinoçet əcdadı mənşəcə breton olmuş, Latın Amerikasına Fransadan köçmüşdü.
1973-cü il çevrilişi və Prezidentik dövrü
1973-cü ilin avqust ayında, çevrilişdən 18 gün əvvəl nazir olan general Karlos Pratsın yerinə Salvador Alyende tərəfidən Çili silahlı qüvvələrinin brəhbərliyinə gətirildi. Bundan sonra 11 sentyabr 1973-cü idə Prezident Alyendeni hakimiyyətdən saldı. Alyende çevriliş vəfat etdi. Onun ölüm səbəbi isə dəqiq müəyyənləşdirilməmişdir.
Hakimiyyəti ələ keçirən Pinoçetin rəhbərlik etdiyi dörd nəfərlik inqilabi qrup siyasi partiyaların fəaliyyətini dayandırdı. Sosialist müxalifətə qarşı qəddar və qanlı bir hücum başladı. Çevrilişin ilk üç günü içində təxminən 130 min insan həbs edildi. Pinoçetin iqtidarda qaldığı 17 il müddətində isə təxminən 2279 nəfər siyasi səbəblərdən öldürüldü, 1000-dən çox insan itkin düşdü, 30 000 nəfərə qədər insana işgəncə verildi və bir neçə min insan sürgün edildi.
1974-cü iin mart ayında konstitusiyanı ləğv edən inqilabi qrup qeyri-müəyyən bir müddət hakimiyyətdə qalacağını açıqladı. Daha sonra Pinoçet inqilabi qrupun digər üzvlərini müşavir vəzifəsinə endirərək iqtidari öz əlinə aldı. Dekabr ayında prezident vəzifəsinə gəldi. Bir keçid müddətindən sonra vəziyyətin düzələcəyinə ümid edən liberalların ümidi boşa çıxdı. Bu arada müxalifətə göstərdiyi təzyiq beynəlxalq ictimaiyyətdə böyük tənqidə səbəb oldu. Alyende hakimiyyətinin son müdafiə naziri Orlanda Letelier isə böyük ehtimalla onun əmriylə 1976-cı ildə Vaşinqtonda qətlə yetirildi.
Pinoçet Alyende hökumətinin iqtisadi siyasətini ləğv edərək iqtisadi sahədə liberal bir xətt izləməyə başladı. 1975-ci ilin ortalarından etibarən Pinoçet bəzən "neo-liberal", bəzən "sərbəst bazar" olaraq adlandırılan iqtisadi islahatlar həyata keçirməyə başladı. Bu məqsədlə, "Çikaqo uşaqları" kimi tanınan və Çikaqo Universitetində Milton Fridmanın fikirlərinin təsiri altında təhsil almış iqtisadçılarla məsləhətləşdi.
Maraqlı məlumat
- Bir gün Çili diktatoru Pinoçet üst geyimini dəyişdirib kinoteatra getmişdir. Kimsə onu tanımamışdır. Salonda işıqlar söndürülür, film başlayır. Filmin bir səhnəsində Pinoçetin özünü göstərirlər. Zaldaki bütün izləyicilər, ayağa qalxıb alqışlamağa və Pinoçetin xeyirinə təzahüratlar səsləndirməyə başlayılar. Pinoçet bu vəziyyətdən məmnun qalıb, qürurla filmi izləyirdi. Yan tərəfindəki adam əyilərək Pinoçetin qulağına bu sözləri dedi: Dostum, zal mülki polislərlə doludur. Bu şərəfsizə görə özünü asdırmağa dəyməz. Ayağa qalx, sən də alqışla!
İstinadlar
- Augusto Pinochet Ugarte // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
- Augusto Pinochet Ugarte // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- http://news.bbc.co.uk/2/hi/americas/3758403.stm.
- http://www.cbsnews.com/stories/2006/12/10/world/main2244102.shtml?source=RSSattr=World_2244102.
- http://www.washingtonpost.com/wp-dyn/content/article/2006/12/10/AR2006121000302.html.
- https://www.cooperativa.cl/noticias/pais/augusto-pinochet/pinochet-un-intelectual-limitado-que-copio-libros-segun-escritor/2013-07-08/075339.html.
- http://www.elmostrador.cl/noticias/pais/2007/01/02/ejercito-causo-quiebra-de-valmoval-para-que-fuera-vendida-a-hijo-de-pinochet/.