Auditor

Auditor(lat. auditor — dinləyici) — Auditlə məşğul olan şəxs, Audit tapşırığı üzrə tərəfdaş.

Audit
Audit növləri

Daxili audit
Kənar audit
Vergi auditi
Ətraf mühit auditi
Sosial audit
Yanğınsöndürən auditi
Due diligence

Əsas anlayışlar

Auditor
ƏhəmiyyətlilikRiskSənədləşmə
Audit hesabatı
ISA / FAQ

Audit nəzərdən mühasibat uçotu

Maliyyə hesabatları
Mənfəət və zərər hesabatı
Davamlı olma fərziyyəsi

Maliyyə nəzarəti
Böyük dördlük

Deloitte Touche Tohmatsu
Ernst & Young
KPMG
PricewaterhouseCoopers

Auditor (1762).

Ümumi məlumat

“Auditor” terminindən həm audit tapşırığı üzrə tərəfdaşı, həm də auditor təşkilatını ifadə etmək üçün istifadə olunur. Audit tapşırığı üzrə tərəfdaşa münasibətdə bu termin tapşırıq üzrə tərəfdaşın öhdəliklərini və ya vəzifələrini ifadə edir. Belə öhdəlik və vəzifələr həm audit tapşırığı üzrə tərəfdaş, həm də audit qrupunun üzvü tərəfindən yerinə yetirilə bilər. Öhdəlik və ya vəzifələrin audit tapşırığı üzrə tərəfdaş tərəfindən yerinə yetirilməsinin aydın şəkildə nəzərdə tutulması hallarında “auditor” termininin əvəzinə “tapşırıq üzrə tərəfdaş” terminindən istifadə olunur. (“Auditor” terminindən auditdən fərqli əlaqədar xidmətlərin və əminliyi təmin edən audit tapşırıqlarının təsvir edilməsi zamanı istifadə oluna bilər. Lakin belə bir əsaslandırma auditdən fərqli əlaqədar xidmətlər və ya əminliyi təmin edən tapşırığı yerinə yetirən şəxsin iqtisadi subyektin maliyyə hesabatlarının auditini mütləq surətdə həyata keçirməsini nəzərdə tutmur).

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.