Attu adası
Attu adası (ing. Attu Island, aleut. Atan[1]) — Aleut adaları arxipelaqına daxil olan Near adaları qrupunun ən qərb və ən böyük adası. İnzibati cəhətdən bütün Aleut adaları kimi o da ABŞ-nin Alyaska ştatının bir hissəsidir.
Attu adası | |
---|---|
ing. Attu Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 892,8 km² |
Uzunluğu |
|
Eni | 32.186,88 m |
Hündür nöqtəsi | 897,9 m |
Əhalisi | 0 nəfər (2000-ci il) |
Yerləşməsi | |
52°54′08″ şm. e. 172°54′33″ q. u. | |
Ölkə | ABŞ |
Ştat | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
Attu Alyaskanın və bütün ABŞ-nin ən qərb nöqtəsidir. Adadan Kamçatkaya (Afrika burnu) ən qısa məsafə 690 km, Alyaskanın materik hissəsinə qədər olan məsafə 1534 km-dir. Attu təxminən 66 km uzunluğa və 28 km enə malikdir. Sahəsi 892.795 km²-dir.
Tarix
Brokhauz və Efronun ensiklopedik lüğətinin məlumatına görə, Attu adasını 1745-ci ildə Evdokim gəmisi ilə oraya gələn Mixail Vasilyeviç Nevodçikov kəşf edib. Bununla belə daha müasir araşdırmalara görə, ada 1742-ci ildə Vitus Berinqin İkinci Kamçatka ekspedisiyası zamanı kapitan-komandir Aleksey Çirikov tərəfindən kəşf edilmişdir ("yerini dəqiq aydınlaşdırmışdır").
1772-ci ildə Potap Zaykov "Müqəddəs Vladimir" gəmisində Oxotskdan Kamçatkaya dəniz yolu ilə səyahət edir. Vorovskaya çayının ağzında qışladıqdan sonra, gələn il çayların buzu açıldıqdan sonra İkinci Kuril boğazına doğru üzür. Həmin ilin iyulunda Mednı və Attu adalarına çatır, Potap Zaykov onların təbiətini təsvir edir.
Ada yenidən 1817–1819-cu illərdə Kamçatka gəmisində 2-ci dərəcəli kapitan Vasili Qolovnin tərəfindən ekspedisiya zamanı tədqiq edilir.
1942-ci ilin iyununda Attu adası, qonşu Kiska adası kimi, yaponlar tərəfindən tutulur.
Əhali
Adadakı yeganə yaşayış məntəqəsi 2010-cu ilə qədər əhalisi təxminən 20 nəfər olan Attu-Steyşen idi. Onların hamısı LORAN ötürücüsünün texniki xidmətində iştirak edirdi. 2010-cu ilin avqustunda LORAN-ın bağlanması səbəbindən qəsəbə tamamilə boşaldılmışdır[2].
İkinci Dünya müharibəsindən əvvəl adada (Çiçaqov körfəzində) "bir neçə onlarla sakini" və "rus adları, soyadları olan" kənd, həmçinin pravoslav kilsəsi var idi[3]. Digər kiçik yaşayış məntəqələri də olmuşdur.
İstinadlar
- Bergsland, K. Aleut Dictionary. Fairbanks: Alaska Native Language Center. 1994.
- "Alaska Coast Guard says goodbye to its last LORAN station". KUCB News (ingilis). 2010-08-27. 2020-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-01.
- Элли Серёгина. "Экспедиция "Алеутские острова" отправилась на остров Агату". MediusInfo (rus). 2013-09-06. 2013-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-01.