Atka adası
Atka adası — (ing. Atka Island, aleut. Атҳаҳ[1]) — Aleut adaları qrupuna daxil olan Andreyanov adaları qrupunun ən böyük adasıdır. Ada inzibati cəhətdən ABŞ-nin Alyaska ştatının tərkibinə daxildir.
Atka adası | |
---|---|
ing. Atka Island, aleut. Атҳаҳ | |
Ümumi məlumatlar | |
Sahəsi | 1048 km² |
Uzunluğu |
|
Eni | 32 km |
Hündür nöqtəsi | 1533 m |
Əhalisi | 95 nəfər (2000-ci il) |
Yerləşməsi | |
52°07′00″ şm. e. 174°30′00″ q. u. | |
Ölkə | ABŞ |
Region | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Atka adasının ümumi sahəsi 1048 km²-dir. Sahəsinin böyüklüyünə görə ada ABŞ-nin ən böyük 22-ci adasıdır. Adak adasından 80 kilometr şərqdə yerləşmişdir. Adanın uzunluğu təxminən 3,2 km ilə 105 km arasında, eni isə 32 km-dir. Adanın şimal-şərqində isə adanın ən yüksək nöqtəsi hesab edilən Korovin vulkanı yerləşmişdir. Bu vulkan dəniz səviyyəsindən 1533 m hündürlükdə yerləşmişdir. Atka adasının ən qərb nöqtəsindən 5,5 km uzaqlıqda, kiçik Oqlodak adası və Kiqun burnu yerləşmişdir. Ada dağlıqdır. Adanın səthi tundra bitkiləri, mamırlar, şibyələr və qıjılar ilə örtülmüşdür.
Adanın iqlimi soyuq dəniz iqlimi ilə səciyyələnir. Ada sıx dumanlarla və yağıntılarla örtülü olur.
Əhalisi
2000-ci il əhalinin siyahıya alınma məlumatlarına əsasən adanın əhalisi 95 nəfərdən ibarətdir.[2] Demək olar ki, əhalinin hamısı Atka yaşayış məntəqəsində yaşayırlar. Bu məntəqə adanın şərq sahillərində yerləşir.
İstinadlar
- Bergsland, K. Aleut Dictionary. Fairbanks: Alaska Native Language Center. 1994.
- Atka Island: Blocks 1085 thru 1100 and Block 1103, Census Tract 1, Aleutians West Census Area, Alaska Arxivləşdirilib 2011-06-07 at the Wayback Machine United States Census Bureau
Xarici keçidlər
- Walter, Eugene; Katherine Clark. The Arctic Circle // Milking the Moon: A Southerner's Story of Life on This Planet. New York: Three Rivers Press. 2002. ISBN 0-609-80965-2.