Athesmia kassimovi

Athesmia kassimovi (lat. Athesmia kassimovi) — Yastı qurdlar tipinin Trematodlar sinfinə aid olan növ.

Athesmia kassimovi
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı

Xarici quruluşu

Bədəni yastı olub, 3,6–4,2 mm uzunluqda və əmziklərinin arasındakı haşiyədə 0,276–0395 mm enə malikdir. Dairəvi ağız əmziyinin diametri 0,228–0,282х0,204–0,252 mm-dir. Kiçik farinks 0,084–0,090х0,072 mm-dir. Qarın əmziyinin diametri isə 0,168–0,218 mm-dir. Cinsi dəlik bağırsağının şaxələndiyi yerdən geridə median vəziyyətində yerləşmişdir. Armud şəklində olan cinsi bursa qarın əmziyi ilə bağırsağın şaxələndiyi yerin arasında yerləşir. Bir ölçüdə və ovl şəklində olan toxumluqlar aralarında 0,350–0,420 mm məsafə olmaqla bir-birinin ardında yerləşir. Toxumluqların arasından balalığın ilməyi keçir. Bəzi nümayəndələrdə isə toxumluqlar arasında məasfə olmur. Qabaq toxumluğun ölçüsü 0,240–0,264х0,144–0, 168 mm, dal toxumluğun ölçüsü isə 0,264х0,144 mm-dir. Diametri 0,144 mm olan dairəvi yumurtalıq sarılıqların əks tərəfində yerləşir. Yalnız bir tərəfdə olan sarılıqlar yumurtalıqdan geridə yerləşir və 1,32 mm uzunluğa çatır. Balalığın ilgələri bədənin axırına qədər çatır. Yumurtaların ölçüsü 0,036–0,42х0,018–0,024 mm-dir.[1]

Həyat tərzi

Endem növdür, növdaxili müxtəlifliyi Politipdir, Sultan toyuğunun (Porphyrio porphyrio L.) qaraciyərində tapılmışdır. Mürəkkəb həyat tərzi keçirir. Nəsillərin növbələşməsi və sahiblərin dəyişilməsi ilə müşayiət edilir. Qaraciyər toxumaları ilə qidalanır. Hermofradit orqanizmdir. Cinsi çoxalması yumurta qoyma və qeyri-cinsi çoxalma (partenogeniz) formasında olur. Dünyada 9, Azərbaycanda 1 növlə təmsil olunmuşdur.[2]

Yayılması

Kür-Araz təbii rayonunda (Muğan çölü) yayılmışdır.

İstinadlar

  1. Feyzullayeva O. V., Mahmudova Y. Ə. Доклады АН Аз.ССР, 1961, том XVII, № 9, стр.829–831.
  2. Feyzullayeva O. V., Mahmudova Y. Ə. Доклады АН Аз.ССР, 1961, том XVII, № 9, стр.829–831.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.