Aterinkimilər

Aterinkimilər (lat. Atheriniformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.

Aterinkimilər
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
Ranqsız:
Acanthomorpha
Dəstəüstü:
Acanthopterygii
Klad:
Percomorpha
Ranqsız:
Ovalentaria
Ranqsız:
Atherinomorpha
Dəstə:
Aterinkimilər
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  165429
NCBI  8075
EOL  8268
FW  35751

Aterina Xəzər dənizinin hər yerində yayılmışdır. Onlar əsasən dənizin sahil zonasında, az duzlu və şirinsu qatında, sürü halında yaşayırlar. Aterinaların səciyyəvi əlamətləri: - İri dişli ağızın, çox iri gözlərin bədən boyu, gümüşü zolağın olmasıdır.Aterinalar çox da böyük olmayan balıqlardır. Bədən uzunluğu 6-13 sm, kütləsi 2,7 - 13,5 q olur. 2-3 yaşında cinsi yetişkənliyə çatır. Suda temperatur 10-12°C olduqda kürü verməyə başlayır və bu proses bütün yay aylarında davam edir. Kürülərin səthində sap şəkilli çıxıntılar vardır ki, onların köməyi ilə otlara yapışır, Uzunluğu 4-12 sm olan aterina orta hesabla 360 ədəd kürü verir. Aterina pelagik balıqdır, dənizdə fəsillər üzrə yerdəyişməsi zəif öyrənilmişdir. Müxtəlif orqanizmlərlə - plankton, dib orqanizmləri, həşarat və başqa balıq sürfələri və s. ilə qidalanır.Vətəgə əhəmiyyəti olmayan çoxsaylı balıqdır, xüsusi ovu aparılmır, sahil ov alətləri ilə kilkə ovlayarkən aterina da oraya düşür.[3]

Təsnifatı

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Eschmeyer W., Fong J. D. “Pisces”. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 26–38. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
  3. Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003,  səh71.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.