Aterinkimilər
Aterinkimilər (lat. Atheriniformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
Aterinkimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Sinifüstü: Sinif: Ranqsız: Actinopteri Yarımsinif: Neopterygii İnfrasinif: Ranqsız: Acanthomorpha Dəstəüstü: Acanthopterygii Klad: Percomorpha Ranqsız: Ovalentaria Ranqsız: Atherinomorpha Dəstə: Aterinkimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Aterina Xəzər dənizinin hər yerində yayılmışdır. Onlar əsasən dənizin sahil zonasında, az duzlu və şirinsu qatında, sürü halında yaşayırlar. Aterinaların səciyyəvi əlamətləri: - İri dişli ağızın, çox iri gözlərin bədən boyu, gümüşü zolağın olmasıdır.Aterinalar çox da böyük olmayan balıqlardır. Bədən uzunluğu 6-13 sm, kütləsi 2,7 - 13,5 q olur. 2-3 yaşında cinsi yetişkənliyə çatır. Suda temperatur 10-12°C olduqda kürü verməyə başlayır və bu proses bütün yay aylarında davam edir. Kürülərin səthində sap şəkilli çıxıntılar vardır ki, onların köməyi ilə otlara yapışır, Uzunluğu 4-12 sm olan aterina orta hesabla 360 ədəd kürü verir. Aterina pelagik balıqdır, dənizdə fəsillər üzrə yerdəyişməsi zəif öyrənilmişdir. Müxtəlif orqanizmlərlə - plankton, dib orqanizmləri, həşarat və başqa balıq sürfələri və s. ilə qidalanır.Vətəgə əhəmiyyəti olmayan çoxsaylı balıqdır, xüsusi ovu aparılmır, sahil ov alətləri ilə kilkə ovlayarkən aterina da oraya düşür.[3]
Təsnifatı
- Atherinopsoidei yarımdəstəsi
- Atherinopsidae fəsiləsi
- Atherinoidei yarımdəstəsi
- Atherinidae fəsiləsi
- Atherionidae fəsiləsi
- Bedotiidae fəsiləsi
- Dentatherinidae fəsiləsi
- Isonidae fəsiləsi
- Melanotaeniidae fəsiləsi
- Notocheiridae fəsiləsi
- Phallostethidae fəsiləsi
- Pseudomugilidae fəsiləsi
- Telmatherinidae fəsiləsi
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2004.
- Eschmeyer W., Fong J. D. “Pisces”. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 26–38. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
- Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003, səh71.