Ataxan Paşayev

Ataxan Əvəz oğlu Paşayev (1 may 1938, Disər, Ordubad rayonu4 avqust 2022) — Azərbaycan tarixçisi, əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi.

Ataxan Paşayev
4 dekabr 2002 2018
ƏvvəlkiVəzifənin adı dəyişdirildi.
SonrakıƏsgər Rəsulov
bayraq
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi
bayraq2
1991 4 dekabr 2002
ƏvvəlkiVəzifənin adı dəyişdirildi.
SonrakıVəzifənin adı dəyişdirildi.
bayraq
Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin rəisi
bayraq2
1984 1991
SonrakıVəzifənin adı dəyişdirildi.
bayraq
Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru
bayraq2
1966 1982
ƏvvəlkiVəzifə təsis edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 1 may 1938(1938-05-01)
Doğum yeri
Vəfat tarixi 4 avqust 2022(2022-08-04) (84 yaşında)
Təhsili
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elm sahəsi tarix
Elmi dərəcəsi
Elmi adı

Təltifləri "Şöhrət" ordeni  — 2013

Həyatı

Ataxan Paşayev 1938-ci ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Culfa rayonunun Başkənd kəndində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Oktyabr İnqilabı və Sosialist Quruculuğu arxivində böyük elmi işçi kimi başlayıb. 1963–1965-ci illərdə Arxiv İdarəsinin baş metodisti, 1966–1982-ci illərdə Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, 1982–1984-cü illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun baş müəllimi işləyib. 1984-cü ildən 2018-ci ilə qədər Milli Arxiv İdarəsinin rəisi olmuşdur[1].

Fəaliyyəti

1981-ci ildə Tarix İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi, 2008-ci ildə isə AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun Müdafiə Şurasında "XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları və deportasiyalar" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alıb.

1984-cü ildən "Azərbaycan arxivi" jurnalının baş redaktorudur. 1968-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilıb. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisidir (1981).

Beynəlxalq Arxivlər Şurasının 7-ci (1972, Moskva), 13-cü (1996, Pekin) və 14-cü (2000, Sevilya), 2004 Vyana konqreslərinin nümayəndəsi olub və bu konqreslərdə Beynəlxalq Arxivlər Şurası Baş assambleyasının üzvü seçilib.

Keçmiş SSRİ, Müstəqil Dövlətlər Birliyi habelə Türkiyə Cümhuriyyəti arxiv orqanlarının, tarix qurumlarının keçirdiyi elmi konfranslarda və simpoziumlarda Azərbaycan Respublikasını təmsil edərək, dəfələrlə elmi məruzələrlə çıxış edib.[2]

2013-cü ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir[3].

Elmi əsərləri

  • Molla Nəsrədddin. Bakı: Gənclik, 1982. 148 s.
  • Köçürülmə. Bakı, "Azərnəşr", 1995. 40 s.
  • Açılmamış səhifələrin izi ilə. Bakı, "Azərbaycan", 2001. 536 s.
  • Cümhuriyyət parlamentinə gedən yol. Bakı, "Adiloğlu", 2005. 88 s.
  • "Molla Nəsrəddin" jurnalının nəşri tarixindən. Bakı, "Çaşıoğlu", 2009. 356 s.
  • Ermenilerin Azərbaycan halkına qarşı torpak iddiaları, soyqırımı və təhcirləri (XIX –XX yüzyıl). Ankara, ATİB 2011.138 s.
  • Ermənilərin Azərbaycan xalqına qarşı torpaq iddiaları, soyqırımı və deportasiyalar (XIX–XX əsrlər). Bakı, "Çaşıoğlu", 2011. 136 s.
  • XIX–XX əsrlərdə ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar. Bakı, "Çaşıoğlu", 2011. 328 s.
  • Геноцид, депортации и территориальные претензии армян к азербайджанскому народу (XIX–XX век). Баку, "Эльм ве техсил", 2013. 152 s.
  • Ötən günlərdən. Bakı, "Elm və təhsil", 2015. 101 s.
  • Tarixi yaddaşımızın etibarlı saxlanc yeri. Bakı, "Elm və təhsil", 2016. 380 s.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.