Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu

Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu — Türkiyə Konstitusiyasının 134-cü maddəsinə görə, Atatürkçü fikirləri, Atatürkün prinsiplərini və islahatlarını, Türk mədəniyyətini, Türk tarixini və Türk dilində elmi araşdırmalar aparmaq, tanıtmaq və yaymaq üçün 1983-cü ildə quruldu.

Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu
Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə
Yaradılma tarixi 17 avqust 1983
Tabelik Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi
İllik büdcəsi 15.610.000 türk lirəsi (2020)[1]
Ünvan Ankara
Rəhbərlik
Məhəmməd Həkimoğlu

Rəsmi saytı ayk.gov.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qurumun qanuni varlığı Türkiyə Cümhuriyyəti Konstitusiyası ilə təmin olunmuşdur:

Konstitusiya: Maddə 134 — Atatürkçü fikirləri, Atatürkün prinsiplərini və islahatlarını, Türk mədəniyyətini, Türk tarixini və Türk dilində elmi araşdırmalar aparmaq, tanıtmaq və yaymaq məqsədi ilə; Atatürkün mənəvi himayəsində, Prezidentin nəzarəti və dəstəyi ilə, Prezident tərəfindən təyin olunan nazirə bağlı; Atatürk Araşdırma Mərkəzi, Türk Dili Cəmiyyəti, Türk Tarix Qurumu və Atatürk Mədəniyyət Mərkəzi Başçılığından ibarət olan, ictimai hüquqi şəxsiyyətə sahib olan "Atatürk Mədəniyyəti, Dili və Tarixi Yüksək Qurumu" qurulur.

2876 saylı qanun ilə də, müəssisənin işçilərinin vəzifə təlimatları və şəxsi hüquqları tənzimlənir.

Bağlı təşkilatlar

Qurum aşağıdakı alt qurumların yoxlanılması ilə tapşırılmışdır:

Prezidentləri

AdıBaşlanğıcSon
Em. Korg. Suat İlhan19831991
Prof. Dr. Utqan Qocatürk1 yanvar 199219 iyul 1993
Prof. Dr. Rəşad Gənc2 avqust 199314 avqust 2000
Prof. Dr. Sadıq Tural27 sentyabr 20006 avqust 2009
Prof. Dr. Bahyəddin Yeddiyıldız6 avqust 20092 noyabr 2012
Prof. Dr. Dərya Örs2 noyabr 201215 yanvar 2019
Prof. Dr. Məhəmməd Həkimoğlu[2]15 yanvar 2019vəzifədə

Həmçinin bax

İstinadlar

  1. "2017 Yılı TBMM Bütçe Görüşmeleri" (türk dili). www.tbmm.gov.tr. 2016-12-14 tarixində arxivləşdirilib.
  2. 15 Ocak 2019 - 23 Nisan 2020 tarihleri arasında vekil

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.