Atakişili
Atakişili — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd.
Atakişili | |
---|---|
![]() | |
40°21′24″ şm. e. 48°10′29″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 6329 |
| |
![]() |
Toponimikası
Atakişili oyk. Kürdəmir r-nunun Atakişili i.ə.v.-də kənd. Şirvan düzündədir. XIX əsrin ortalarında maldarlıqla məşğul olan atakişili nəslinə mənsub ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. Bu etnonimlə bağlı 1933-cü ildə Ağcabədi r-nunda Atakişibəyli, 1917-ci ildə Quba qəzasında Atakişiqazma adlı yaşayış məntəqələri qeydə alınmışdır.[1]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 5680 nəfər əhali yaşayır[2].Kənddə ancaq azərbaycan türkləri yaşayır.
Təhsil

Kürdəmir rayonu M.Əzimov adına Atakişili kənd tam orta məktəbi
Kənddə Kürdəmir rayonu M.Əzimov adına Atakişili kənd tam orta məktəbi fəaliyyət göstərir.
İqtisadiyyatı
- Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı - əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh. 629
Xarici keçidlər

Vikianbarda Atakişili ilə əlaqəli mediafayllar var.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.