Atabaska çayı
Atabaska çayı (ing. Athabasca River; fr. Rivière Athabasca) - Kanadanın qərbində, Alberta əyalətinin ərazisində yerləşən çay. Makkenzi çayı sisteminə aiddir. Uzunluğu 1231 km, hövzəsinin sahəsi. 153 min km²-dir. Qayalı dağlardan başlanır. Böyük Düzənliklərdən axaraq Atabaska gölünə tökülür. Əsasən, qar suları ilə qidalanır. Aşağı axınınıda ortaillik su sərfi 651 m³/san.-dir. Noyabrdan aprelədək donmuş olur. Kliruoter çayının mənsəbində yerləşən Mak-Marri şimdaldan başlayaraq gəmiçiliyə yararlıdır.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.