Atabəy
Atabəy (türk. "bəyin atası") - 1) səlcuq sultanlarının azyaşlı vəliəhdlərinin tərbiyəçisi və qəyyumları; 2) Səlcuqilər dövlətinin süqutu nəticəsində meydana gəlmiş sultanlıqların başçılarının titulu; 3) Misirdə məmlük sərkərdəsi.
Səlcuqlularda atabəy rütbəsi daşıyan şəxs ölkənin və ya onun vilayətinin canişini və çox vaxt eyni zamanda kiçik yaşlı varis, yaxud vəfat etmiş hakimin övladları yanında regent və himayədar vəzifəsini yerinə yetirirdi. Bəzən atabəylər nikah və ya hər hansı başqa vasitələrlə hakimiyətə gəlirdilər. Atabəylərin bütöv sülalələri yaranırdı.
Atabəy sülalələrinin və ya bu tituldan istifadə edən digər sülalələrin siyahısı
- Ağsunqurilər – Marağa atabəyləri (türk mənşəli)
- Eldənizlər – Azərbaycan atabəyləri (qıpçaq türkü mənşəli)
- Salqurlular – Fars atabəyləri (türk mənşəli)
- Həzarəsbilər – Luristan atabəyləri (iran mənşəli)
- Yəzd atabəyləri – (iran mənşəli)
- Zəngilər – Mosul atabəyləri (türk mənşəli)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.