Ata ocağı

Ata ocağı bədii serialı baş ssenarist Valeh Əhmədov və rejissor Rüfət Şahbazov[1] tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Xəzər televiziyasında istehsal edilmişdir. Serial psixoloji dram janrındadır. Əsas rolları Rəşad Bəxtiyarov, Qurban İsmayılov, Həmidə Ömərova, Rasim Cəfərov, Mənsurə Əhmədova ifa edirlər. Serial həftəiçi hər gün saat 22:00-da "Xəzər TV" yayımlanır. 3 avqust 2023-cü ildə final edərək bitmişdir.

Ata ocağı
Janr dram
Rejissor Rüfət Şahbazov
Operator Emil Qarayev
Prodüser Amiran Babayev
Ssenarist Valeh Əhmədov
Rollarda Rəşad Bəxtiyarov
Qurban İsmayılov
Həmidə Ömərova
Rasim Cəfərov
Zaur Əliyev
Asya Atakişiyeva
Yaş reytinqi 12+
İstehsalçı ölkə Azərbaycan Azərbaycan
İl 2017-2023
Studiya Xəzər TV
Dil azərbaycanca
İlk çıxış tarixi 18 sentyabr 2017
Növü bədii serial
Rəng rəngli
Mövsüm sayı 6
Seriya sayı 1234 bölüm
Seriya vaxtı 45 dəq. (təxm.)
Davametmə müddəti 35-60 dəq.
Telekanal Xəzər TV
Dublyaj No

Məzmun

Serial psixoloji dram janrındadır. Ailə münaqişəsindən bəhs edir. Ailəsinin sosial durumu ilə razılaşmayan övladlar ailə içində qütbləşir. Ailə başçısı ata sosial problemlər məngənəsində təklənir.[2]

Serialda üç ailə tipi nümayiş olunur. Ailənin təməlində isə əlbəttə ki, ata dayanır. Serialda nümayiş olunan ailələrdən biri Nazimin (Qurban İsmayılov) ailəsidir. Nazim çox sərt atadır. Övladları səhv və ya düz hərəkət etsələr də, ataları onlara etiraz edir. Hər kəs bu atanı bu qədər sərt olmağa görə qınayır, ancaq övladlarının etdiyi hərəkətlərə baxanda, görürük ki, əslində ata düz hərəkət edir. Onun məsələlərə özünəməxsus baxış tərzi var. Digər bir ailə Mehmanın (Kazım Həsənquliyev) ailəsidir. Bu ailə bir qədər imkanlı ailədir. Mehman tamam başqa bir istiqamətdə övladlarına tərbiyə verir. O, övladları ilə dost münasibəti saxlayır, onların qayğılarına qalır. Serialda üçüncü ailə isə Niyazın (Elman Rəfiyev) ailəsidir. Bu, serialdakı ən bədbəxt ailədir. Niyaz içki düşkünüdür. Dostları ilə içir, həyat yoldaşını incidir və böyük bir bədbəxtlik baş verir.[3]

Film haqqında

"Ata ocağı" serialı Xəzər TV-də həftədə 5 dəfə yayımlanırdı.

Serialda rol alan ADMİU tələbəsi Samir Qəfərli Vətən Müharibəsində şəhid olmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər

Rejissor: Rüfət Şahbazov
İkinci rejissor: Emin Qasımov
Baş ssenarist: Valeh Əhmədov
Ssenaristlər: Qələm qrupu
Operator: Emil Qarayev
Rəssam: Vüqar Qurbanov
Rəssam köməkçisi: İlqar Qurbanov
Səs rejissorları: Aslan Əlibəyov & Ariz Əhmədli
Saç ustası: Aidə Cəfərova
İşıqçı: Həsən Əliyev
Set işçisi: Fərhad Hüseynov & Həsənağa Ağayev
Texniki məsul: Bəxtyar Abasov

Rollarda

İstinadlar

  1. "Xəzər"də "Ata ocağı" başlayır
  2. "Tanınmışlar "Ata ocağı"nda: Ailə münaqişəsi". 2018-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-02.
  3. Xəyalə Rəis. ""Ata ocağı"nda bir gün" (az.). Artkaspi.az. 31 oktyabr 2017. 2017-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-08.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.