Ata adı
Ata adı (xüsusi ədəbiyyatda patronim kimi də istifadə olunur) — ata adından uşağa verilən nəsil adının bir hissəsi. Patronim adlarının variasiyası onun daşıyıcılarını daha uzaq əcdadlarla babalar, ulu babalar və s. ilə əlaqələndirə bilər.
Familiyaların tətbiq olunmasından əvvəlki dövrdə ata adı müasir soyadlarla eyni sosial funksiyanı yerinə yetirirdi, yəni bir şəxsin daha dəqiq müəyyənləşdirilməsinə xidmət edirdi.
Müasir Azərbaycan dilində ata adından sonra insanın cinsini müəyyənləşdirən sözlər də istifadə olunur. Ad formulasının tərkibində ata adı üçlü funksiyanı yerinə yetirir: ad daşıyıcını adaşından fərqləndirərək adı tamamlayır, ailə çevrəsindəki qohumluq əlaqələrini (ata - oğul) aydınlaşdırır və ehtiram (nəzakət forması) bəsləyir.
Variantlar
Ərəbcə
İbn (ابن və ya بن: bin, ben, bəzən ismin qrammatik halını göstərmək məqsədilə ibni və ya ibnu; mənası – oğul) — ərəblərdə və ərəb dilindən istifadə edən xalqlarda şəxsin kimin oğlu olduğunu (bir növ soyadını) bildirmək üçün atasının adından əvvəl işlədilən söz. Nümunə kimi, İbn Məsud (Məsudun oğlu), İbn ən-Nədim (Nədimin oğlu) və s. Xilafət tərkibinə daxil olduqdan sonra Azərbaycanın bir çox elm, incəsənət və mədəniyyət xadimi də adlarında ibn sözundən istifadə etmişlər (məsələn, İbn Məkki əl-Bərdəyi, Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani və s.).[1]
İstinadlar
- Ибн // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 353.