Ataəmi Mirzəyev

Ataəmi Mirzəyev (tam adı: Ataəmi Bala Baba oğlu Mirzəyev; 25 may 1965, Bakı) — Filologiya üzrə elmlər doktoru, ədəbiyyatşünaslıq sahəsində tanınmış füzulişünas alim, mətnşünas, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi, "Füzulişünaslıq" sektorunun müdiri, filologiya elmləri doktoru, professor. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası nəzdində fəaliyyət göstərən Filologiya elmləri üzrə ekspert şurasının sədri.

Ataəmi Mirzəyev
Ataəmi Bala Baba oğlu Mirzəyev
Doğum tarixi
Doğum yeri Kürdəxanı, Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahələri filologiya, Ədəbiyyatşünaslıq
Elmi dərəcəsi filologiya elmləri doktoru
İş yeri AMEA Nizami adına Ədəbiyyat İnstitutu
Təhsili

Həyatı

Ataəmi Bala Baba oğlu Mirzəyev 25 may 1965-ci ildə Bakı şəhəri, Kürdəxanı qəsəbəsində anadan olmuşdur.

Təhsili

  • 1972-1982-ci illərdə 113 saylı orta məktəbdə təhsil alıb.
  • 1989-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirib.
  • 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda aspiranturanı bitirib.
  • 1994-cü ildə “Klassik Azərbaycan-türk ədəbiyyatında “Yusif və Züleyxa” mövzusu (ilkin qaynaqlar və onların poetik təcəssümü)” adlı dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
  • 2012-ci ildə “Azərbaycan bədii tərcümə tarixində Füzuli mərhələsi” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.

Elmi-pedaqoji fəaliyyəti

  • 1989-1990-cı illərdə Bakıda 1 saylı internat məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib.
  • 1994-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışıb. Hazırda həmin şöbənin baş elmi işçisidir.
  • 2000-ci ildən 6 saylı məktəb-liseydə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir.
  • 2009/2010-cu tədris ilində Bakı Dövlət Universitetinin filologiya fakültəsində əruz vəznini tədris edib.
  • 2018/2019-cu tədris ilindən Bakı Dövlət Universitetinin filologiya fakültəsində müəllim işləyir.

Yaradıcılığı

  1. Klassik Azərbaycan ədəbiyyatının tarixi və nəzəriyyəsi;
  2. Anadilli epik şeirin inkişaf yolları;
  3. Azərbaycan bədii tərcümə tarixi;
  4. Füzulinin bədii tərcümə yaradıcılığı.
  5. Mətnşünaslıq
  6. Azərbaycan Divan ədəbiyyatının poetikası

Kitabları

  1. Cami, Nəvai və Füzuli yaradıcılığında 40 hədis. Bakı: Ozan, 1997
  2. Füzulinin «Hədiqətüs-süəda» əsəri orta əsrlər tərcümə abidəsi kimi. Bakı: Nurlan, 2001
  3. Azərbaycan bədii tərcümə tarixi və Füzuli. Bakı: Avropa, 2009
  4. Ədəbiyyat. Dərs vəsaiti. Bakı, Abiturtiyent, 2010-2015 (Kollektivlə birlikdə)
  5. Azərbaycan epik şeirinin təşəkkül dövrü. Bakı: Elm və təhsil, 2016
  6. XIII-XVI əsrlər Azərbaycan epik şeiri. Bakı: Avropa, 2017

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.