At və qoyun daş heykəlləri

At və qoyun daş heykəlləri[2][3] (Qoçdaşlar) — Cənubi Qafqazda, şərqi Türkiyədə və şimali İranda rast gəlinən, əsas qrupunun tarixi XIII–XIX əsrlərə gedən[4], zoomorfik qəbirüstü daş heykəlləridir.[5][6]

Vasili Vereşşaginin "Azərbaycanlı qəbri" rəsmində daş at heykəli, rəsm 1865-ci ildə Şuşada çəkilib.[1]

Bir çox heyvan heykəlləri böyük ölçülərə çatır. Onlardan bəziləri pyedestaldadır. Formaca qoyunat fiqurlarına rast gəlinir. Belə fiqurlar sxematik və ya kobud şəkildə daşdan düzəldiliblər, ancaq bəzən böyük rəssam ustalığı və ekspressiyasıyla düzəldilmiş variantlara da rast gəlinir. Əsasən at və qoyunların yan tərəfləri və arxaları yazılardan başqa məişət səhnələrinin qabarıq təsvirləri ilə də əhatə edilir. Qoyun və at formasındakı qəbirdaşlarında bəzən ərəb dilində yazılar olur.[7] Müsəlman qəbiristanlıqlarında ərəb yazısı yonulmuş, qoyun və ya at formasında qəbirdaşlarına rast gəlinir.[8][9]

Meydana gəlmə tarixi və tədqiqatı

Regionda VIII əsrdə ərəblərin işğalından sonra canlı varlıqların hər hansı bir formadakı təsvirləri məhdud idi.[10] Ancaq IX əsrin II yarısından etibarən — ərəblərin hakimiyyəti Babəkin Xürrəmilər hərəkatı və yerli feodalların (Səhl ibn Sunbat, Atrnerseh, Yesai Əbu Musa) müqaviməti nəticəsində sarsıldığı və zəiflədiyi zaman ərəblər tərəfindən ərazisi işğal edilmiş xalqların yaradıcılığı şəriət qanunlarına üstün gəlməyə başladı. Bu zaman xalq incəsənətində yenidən canlı varlıqların təsvirləri ortaya çıxmağa başladı. Hesab edilir ki, XV əsrdən başlayaraq qəbirdaşları əsasən qoyun və ya at forması almağa başladı. Bu qəbrdaşları İslam ehkamlarının pozulmasının nümunəsi kimi təhlil edilir. At heykəllər həmişə yəhərlənmiş və tam təchizatlı şəkildə təsvir edilir.[11] Yazılardan başqa belə abidələrdə ölmüş şəxsin silahları — yay, ox, qılınc, qalxan, oxluq və s. təsvir edilir. Daş qoyun heykəllərində, yazılardan başqa, vəhşi keçilərin, maralların təsvirləri, bəzi hallarda bu heyvanların ovlanması səhnələri və bəzən də məişət səhnələri təsvir olunur.[12]

İlk dəfə 1825-ci ildə Eduard Eyxvald bu cür heykəltəraşlıq əsəri haqqında məlumat verir. O, öz kitabında Lori çölündən qoyun və at fiqurlarının rəsmlərini nəşr edir.[7] Daha sonra isə fransız geoloqu Dyubua de Monpere "Voyage autour du Caucase" əsərində bu haqda məlumat verir. At və qoyun heykəlləri barədə məlumat həmçinin Perrot et Çipiezin əsərlərində ("Histoire de la Societe nationale des l’antiquiterast" (V cild, səh. 170)) rast gəlinir, daha sonra isə alman arxeoloqu Artur Milxqofferin əsərlərində ("Archäologishe Zeitung" və "Bulletin de la Societe nationale des antiquares de France") açıq şəkildə bu haqda qeyd edilmişdir. Kürdistan rayonunun Dıx kəndinə yaxın yerdə tapılan at heykəlinin çulunda E. Resler cənubi semit əlifbası ilə yazılmış yazılar aşkar edir. Tiflis quberniyasının Çelkinsk rayonunda yəhərli at heykəlinin olması qeyd edilir. (İ. P. Rüstəmova görə arxeoloji baxımdan Axalkələk qəzası)[3] (İrəvan, Dərələyəz, Lori çölü və Dağlıq Qarabağ, həmçinin Çelkinsk və Axalkələk)[7]

XX əsrin 20-ci illərində Azərbaycanın arxeoloji xəritəsi üzərində iş zamanı V. M. Sısoev aşağıdakı yerlərdə at və qoyun daş heykəllərini qeyd etdi: Abşeron yarımadasında Zığ kəndindəki müsəlman qəbiristanlığında, Kürdüstan qəzasında Quturlu kəndindəki qdıim qəbiristanlıqlarda[7], Dağlıq Qarabağ Muxtar Vilayətində Qaraağaclı kəndindəki müsəlman qəbiristanlığında, Naxçıvan krayında Aznabyurt, Azı (aşağı), Vənənd, kəndlərində, Naxçıvan şəhərində, Ananab çayında, Ərzincan erməni monastırında və Lənkəran qəzasında Abidərə, Balabur, Qorikdı, Lirik, Tanqarud, Eyçara kəndlərində.[3] Sısoev həmçinin qeyd edir ki, Ordubadın, Danaqirtin və Abraqunisin kəndlərinin yerli sakinləri daş fiqurları qədim qəbiristanlıqlarda, dağlarda və digər yerlərdə tapırlar, onlara xüsusi məna yükləyir, çox vaxt onları olduqları yerdən aparır və yaxınlarının qəbirlərində yerləşdirirlər.[8] Daş qoyun heykəli nümunəsi həmçinin Borjomidə yerləşən bir parkdakı "meydançadadır" və bura civardan gətirilib. 1925-ci ildə daşan Kürdə bu qoyun heykəli yuyub aparılıb və daha sonra çaydan çıxarılıb. Qoyun heykəlinin bədii surətdə icrası Yevlaxa yaxın Bərdə kəndində tapılır. Dövlət tarix muzeyi arxivində şəkli olan bu qoyunun taleyi hal-hazırda naməlumdur.[3]

1926-cı ildə arxeoloq Ələsgər Ələkbərov Zəngəzur rayonunun (indiki Ermənistan SSR-in Qarakilsə rayonu (qədim Azərbaycan ərazisi)) Urud kəndində abidələr aşkar etdi və onlar haqqında qısaca aşağıdakını yazdı:

" "Urud kəndindəki qədim qəbiristanlıqda... qəbir abidələri var (yan tərəflərində insan şəkilləri və yazılarla heykəl şəklində, quyruqlu qoyunlar. Bu abidələrin çoxu Hicri-qəməri təqvim ilə 993-cü ildən 999-cu ilə qədər müddətə aiddir və ölümün taundan baş verməsi qeyd edilir."[13] "

E. Pçelina qeyd edir ki, bu növ abidələr Cənubi Qafqaza aid ədəbiyyatda bilinir və əsasən türklərə aid edilir. O, kəndlərə yaxın yerləşən Kürdistan qəzasındakı qədim qəbiristanlıqlarında olan qoyun və ya at qəbirdaşlarını xüsusi olaraq fərqləndirir: Tərtər çayının yuxarı tərəfindəki Quturlu (İstisu rayonu), Minkənd, Qaraqışlaq, kürd ibadətgahı Yanıç-Yuqoruka yaxın yerdə, haradakı qədim erməni kilsəsinin qalıqları yerləşir, və Şəlvə kəndindəki qədim erməni qəbiristanlığında. Pçelina bu heykəlləri belə təsvir edirː

" "Heyvanlar sakit gözləmə vəziyyətində təsvir edilir. Qoyunlar xüsusi olaraq qabaca yonulur. Bu təqribən iki dayaq üzərində yerləşən daş tirdir. Bəzən gicgah sahəsindən çox qabağa çıxmayan, çətin nəzərəçarpan iti buynuzlarla yalnız baş yonulur. Belin və arxanın cizgiləri aydın verilir. Ancaq özü bütöv daşdan ibarət olmaqla ayaqlar ancaq şəkillə təsvir edilir və bədəndən ayrılmır."[3] "

Qoyun və at şəklindəki qəbirdaşları orta əsrlər erməni heykəlləri kimi elmi cəhətdən maraqlıdır.[7] Azərbaycan RespublikasınınCənubi Azərbaycanın müxtəlif yerlərində tapılan qoyun və at formasındakı qəbirdaşları Azərbaycan orta əsrlər mədəniyyəti abidələrinin nümunəsi hesab edilir.[6]

Azərbaycan, kürd qəbiristanlıqlarında geniş yayılan at heykəllərinin oğuz türklərinin at müqəvvasını qəbir üzərinə qoyması ilə oxşarlıq təşkil etdiyi haqqında fikir var.[14]

Hesab edilir ki, daş at şəklindəki qəbir daşlarının Azərbaycan ərazisindəki kurqanlarda çox rast gəlinən atların dəfn edilməsi ilə əlaqəsi var.[8]

2012-ci ilin oktyabrında Tovuz rayonunun Aşağı Ayıblı kəndindın tapılmış, XII–XIII əsrə aid at və qoyun daş heykəlləri Parisdə Azərbaycanın UNESCO-ya üzv qəbul olmasının 20 illiyi münasibətilə təşkilata təqdim edilib.[15]

Yayılması

At və qoyun daş heykəlləri Gəncə Tarix-Diyarşünaslıq Muzeyi binasının qarşısında.

Azərbaycan ərazisində qoyun və daş heykəlləri (var-dövlət simvolu)[16] Naxçıvan ərazisində, Dağlıq Qarabağda, Lənkəran rayonunda, Mil düzündə, Abşerona qədər bir sıra kəndlərin müsəlman qəbiristanlıqlarında mövcuddur, civar əhalisi tərəfindən bu heykəllərə ehtiram göstərilir və nisbətən yeni inanc və adətlərlə əlaqələndirilir.[2] Belə qəbirdaşları Zığda (Abşeron), Dağlıq Qarabağda Qaraağac kəndi yaxınlığında, Naxçıvan Muxtar Respublikasının bir sıra kəndlərində, Ordubadda, Lənkəran rayonunda, Mil düzündə yerləşən müsəlman qəbiristanlıqlarında, "Peyğəmbər" qədim müsəlman qəbiristanlığında, Baylakan şəhərin xarabalıqları yaxınlığında, Kürdistanda və digər yerlərdə yayılmışdır. Eyni dini məna daşıyan oxşar qoyun daş fiqurlarına Cənubi Azərbaycanda (Xoy, Marağa) rast gəlinir. Hesab edilir ki, bu incəsənət əsərlərinin oxşar formaları inkişafın ortaq şərtlərinin göstəricisi kimi müxtəlif yerlərdə ortaya çıxa bilər.[8]

Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən qeydə alınan milli daş heykəl abidələri siyahısında Naxçıvan Muxtar Respublikasının ərazisində at və qoyun daş heykəli formasında 97 qəbirdaşı olduğu göstərilib: Naxçıvan şəhərində "Qızlar bulağı" açıq muzey parkında 47 ədəd, Ordubad rayonunda (Aza, Vənənd, Vələver, Der kəndlərində) 5 ədəd, Şahbuz rayonunda (Badamlı, Qacazur, Mahmudoba, Ayrınc, Kolanı, Kükü kəndlərində, Biçənək kəndi və Batabat yaylağı arasında, Keçəldağda) 25 ədəd.

Qoyun və at şəklindəki daş heykəllərə Şirvanın müxtəlif ərazilərində rast gəlinir.[17]

Daş at və qoyun heykəllərinin tapıldığı yerləri göstərən xəritə.
— şəhər
— daş at heykəlləri
— daş qoyun heykəlləri

Qalereya

İstinadlar

  1. Basile Vereschaguine. Voyage dans les provinces du Caucase. — Le Tour du Monde. — Leipzig, 1869. — С. 309.
  2. Бретаницкий Л. и Веймарн Б. Искусство Азербайджана IV–XVIII веков. — М.: Искусство, 1976. — С. 251. — 272 с.
  3. Е. Г. Пчелина. По Курдистанскому уезду Азербайджана // журнал : Советская этнография. — РСФСР. Народный комиссариат просвещения: Издательство Академии наук СССР, 1932. — № 1. — С. 115
  4. Кандидат исторических наук Мубариз Халилов. Древние каменные изваяния Южного Кавказа. // журнал : IRS Наследие. — 2003. — № 8.
  5. А. М. Прохоров. Нахичеванская Автономная Советская Социалистическая Республика. Arxivləşdirilib 2019-09-23 at the Wayback Machine // 3 : Большая Советская Энциклопедия. — Москва: Советская энциклопедия, 1969–1978. — Т. 17. — С
  6. А. Ю. Казиев. О видах народного бытового искусства // Искусство Азербайджана. — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1954. — Т. IV. — С. 31.
  7. Пчелина Е. Г. Армянские памятники на территории Азербайджанской ССР // Труды Отдела Востока. — 2-е изд. — Л.: Государственный Эрмитаж, 1940. — Т. 3. — С. 243–251. — 500 с.
  8. С. Б. Ашурбейли. Некоторые материалы по искусству Азербайджана XVI века. // Научные труды Института востоковедения — Издательство Академии наук Азербайджанской ССР, 1959 — C. 72-73.
  9. Ашурбейли С.А. История города Баку. — Б.: Азернешр, 1992. — С. 189. — ISBN 5-552-00479-5.
  10. Л. С. Бретаницкий. Азербайджанская Советская Социалистическая Республика. Arxivləşdirilib 2022-03-22 at the Wayback Machine XV. Архитектура и изобразительное искусство. // 3 : Большая Советская Энциклопедия. — Москва : Советская энциклопедия, 1969–1978.
  11. Народный комиссариат просвещения, Академия наук СССР, Институт этнографии имени Н. Н. Миклухо-Маклая. Советская этнография. Выпуски 4–6.. — Издательство Академии наук СССР, 1976.. — С. 40.
  12. И. М. и С. К. Джафарзаде. Азербайджанские намогильные камни. // журнал : Советская этнография. — Народный комиссариат просвещения, Академия наук СССР, Институт этнографии имени Н.Н. Миклухо-Маклая: Издательство Академии наук СССР, 1956. — С. 104–106.
  13. А. К. Алекперов. Поездка в Зангезур н Нахкрай. Исследования по археологии и этнографии Азербайджана. — Баку, 1960. — С. 246. — 249 с.
  14. Президюм АН. Казахской ССР. Вестник, Выпуски 7–12.. — Издательство Академии наук Казахской ССР, 1986.. — С. 77.
  15. "Mehriban Əliyeva UNESCO-nun tədbirində- FOTOLAR". İstifadə tarixi: 2015-08-09.
  16. Azerbaijan / Jonathan M. Bloom, Sheila Blair.. — The Grove Encyclopedia of Islamic Art and Architecture. — Oxford University Press, 2009. — С. 240. — 513 с. — ISBN 9780195309911.
  17. Сара Ашурбейли. Государство Ширваншахов VII–XVII вв. — Элм, 1983. — С. 233. — 341 с.

Ədəbiyyat

  • И. М. и С. К. Джафарзаде. Азербайджанские намогильные камни. // журнал : Советская этнография. — Народный комиссариат просвещения, Академия наук СССР, Институт этнографии имени Н.Н. Миклухо-Маклая: Издательство Академии наук СССР, 1956. — С. 104–106.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.