At təlimi
At təlimi, At tərbiyəsi (fr. dresaj tələffüzü: ˈdrɛsɑʒ/, tərbiyə, təlim etmək mənasınıdadır) atçılıq idmanının bir növü. Atı idarə etmək bacarığının ən ali forması, ali atsürmə məktəbi. Yarışlar zamanı at və süvari tərəfindən atsürmə, elementləri: yorğa, ispan yürüşü, pasaj, düzgün duruş, yerində sayma nümayiş etdirilir. Çapar bu zaman müxtəlif templərdə atın məşq hazırlığını, onun atletikliyini, hərəkətləri icra etmək, qamətin düzgün saxlanılması bacarığını nümayiş etdirməlidir. Bu yarışma iki: həvəskar və peşəkar formada keçirilir. At təlimi ya dresaj olimpia idman növüdür.
Arena
İki cür: kiçik və standart meydança mövcuddur. Hər bir meydança arena çərçivəsində hərəkətlərin harada icra olunacağını bildirmək üçün hərflərlə işarələnmişdir. Kişik arena 20m en və 40 m uyunluğa malikdir. Burada adətən aşağı səviyəli3 günlük dresajlar keçirilir. Meydançanın girişindən başlamaqla hərflər; A-K-E-H-C-M-B-F saat əqrəbi istiqamətində işarələnmişdir. Ortada D-X-G hərfləri, tam mərkəzdə isə X hərifi yerləşdirilmişdir. Standart arena 20m en və 60m uyunluğa malikdir. Yüksək səviyyəli dresajlar bu meydançada keçirilir. Burada da meydançanın girişindən başlamaqla hərflər; A-K-V-E-S-H-C-M-R-B-P-F saat əqrəbi istiqamətində işarələnmişdir.Ortada D-L-X-I-G hərfləri, tam mərkəzdə isə X hərifi yerləşdirilmişdir. Künclərə ən yaxşn məsafə 6m və bu nöqtələr arası məsafə 12m-dir.