At əti

At ətiAtın qida kimi istifadə olunan əti.

İstehsalı

At əti qida məhsulu kimi istehsal edən ölkələrin çoxusunda, atları inəklərlə oxşar üslubda kəsirlər. Böyük sallaqxanalarda onları mənzil bolt tapança ilə gicəllətdirib, ölənə qədər qanı tökürlər. Yemək istehsalı az sənayeləşdirilmiş olan ölkələrdə, atları lazım olanda bir-bir, açıq havada, istehlak olduğları kəndlərdə və ya istehlak olduğları yerlərə yaxın kəsirlər.[1]

2009-cu ildə, Britaniyanın kənd təsərüfatı saytı dünya ölkələrin at əti istehsalı miqrdarından məlumat verib:

At əti istehsalı miqrdarı
2009-cu ilə dək[2]
Ölkəİldə ton
Meksika78,000
Argentina57,000
Qazaxıstan55,000
Monqolustan38,000
Qırğızıstan25,000
Avstraliya24,000
Braziliya21,000
Kanada18,000
Polşa18,000
İtaliya16,000*
Rumıniya14,000
Çili10,000
Fransa7,500
Uruqvay8,000
Seneqal9,500
Kolumbiya6,000
İspaniya5,000*
*Eşşəkləri daxil edərək

Ölkələrə görə

Qazaxıatan və Qırğızıstan

Qazı-karta

Qazaxıstan ilə Qırğızıstanda, əhalinin köçəri köklərinə görə, at əti qidalanmanın böyük hissəsidir.[3] Atın fərqli hissələrdən qazı, jal və sucuk kimi malları hazırlayırlar.[4]

Yaponiya

Yapon mətbəxində bişməmiş at ətinə çəhrayı ətinə görə sakura (桜) və ya sakuraniku (桜肉, sakura albalı növüdür, niku isə ət deməkdir) deyirlər. Onu saşimi şəkildə, soy sousu ilə, bəzən sousa zəncəfil və soğan əlavə edərək.[5]

Cənubi Koreya

Cənubi Koreyada at ətini adətən yemirlər. Fəqət əsasən boyun hissədən gələn at əti Cənubi Koreyanın Cecu adasında delikates sayılır. Adətən soy sousu və hind küncütü yağı ilə yeyilir.[6][7]

Meksika

2005-ci ildə Meksika dünyanın ikinci ən böyük at əti istehsalçısı idi.[8] 2009-cu ildən bəri isə, o birinci yerə qalxıb.[2] Meksikada istehsal olan at əti ancaq ixraca gedir və ölkənin daxilində istifadə olunmur.[9]

Malta

Maltada at ətini (malta Laħam taż-żiemel) dağlandırıb, yavaşca pomidor və ya qırmızı çaxır sousunda hazırlayırlar. Bir neçə at əti dükkanı hələ də mövcuddur və bəzi restoranların menyusunda o var.[10]

İstinadlar

  1. C.J. Chivers, A Sure Thing for Kazakhs: Horses Will Provide Arxivləşdirilib 2020-09-18 at the Wayback Machine The New York Times
  2. "Argentina-Horse Meat world production figures, Farming UK, January 17, 2009. Retrieved March 4, 2011". Farminguk.com. February 15, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-15.
  3. ""Food in Kazakhstan". ''Food in Every Country''". Foodbycountry.com. 2011-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-15.
  4. Horse meat dishes in Kazakhstan. Retrieved 13 January 2009. (archived from the original on 2008-06-10)
  5. Metropolis, "Straight From the Horse's Mouth", #903, 15 July 2011, pp. 12-13.
  6. "Full horse course an unforgettable experience". Jejuweekly.com. 2020-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-15.
  7. Exploring Jeju’s Savory Delicacies Arxivləşdirilib 2011-06-23 at the Wayback Machine, koreana.or.kr
  8. "THE UNINTENDED CONSEQUENCES OF A BAN ON THE HUMANE SLAUGHTER (PROCESSING) OF HORSES IN THE UNITED STATES" (PDF). The Animal Welfare Council, Inc., citing FAO-UN Horticultural Database. May 15, 2006. səh. 10. 2011-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2008-11-06.
  9. "Mexico consolidates horse meat exportations" (in Spanish) Arxivləşdirilib 2015-02-08 at the Wayback Machine México consolida venta de carne de caballo al exterior. El Informador. Retrieved April 22, 2014.
  10. Carolyn Bain. Malta & Gozo. Lonely Planet. 2004. səh. 56. ISBN 174059178X. İstifadə tarixi: 2007-09-14. Did you know? Many of the village restaurants specialising in rabbit also feature horse meat on their menu.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.