Atəşgah (film, 2001)
Atəşgah qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Rza İsrafiloğlu tərəfindən 2001-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film tarix boyu atəşpərəstlərin məbədi olan və deyilənə görə Hindistandan gəlmiş tacirlər tərəfindən inşa edilən Suraxanı rayonu ərazisində yerləşən Atəşgah haqqındadır.
Atəşgah | |
---|---|
Janr |
sənədli qısametrajlı tarixi |
Rejissor | Nazim Rza İsrafiloğlu |
Ssenari müəllifi | Nazim Rza İsrafiloğlu |
Operator | Nəriman Şıxəliyev |
İstehsalçı | "Azərbaycantelefilm" |
İlk baxış tarixi | 2001 |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 35 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2001 |
Texniki məlumatlar | video |
Rəng | rəngli |
Məzmun
Film tarix boyu atəşpərəstlərin məbədi olan və deyilənə görə Hindistandan gəlmiş tacirlər tərəfindən inşa edilən Suraxanı rayonu ərazisində yerləşən Atəşgah haqqındadır.
Atəşgahı ziyarət edənlərdən biri də məşhur fransız yazıçısı Aleksandr Düma idi. 1859-cu ildə nəşr etdirdiyi "Qafqaza Səyahət" əsərində gördüklərini o belə təsvir edirdi: "Yüzlərcə əyri-üyrü deşikdən alov havaya püskürürdü. Külək onu şiddətləndirir, atır-tutur, əyir-düzəldir, yerlə-yeksan edir, göylərə qaldırırdı.
Film üzərində işləyənlər
Ssenari müəllifi: Nazim Rza İsrafiloğlu
Rejissor: Nazim Rza İsrafiloğlu
Operator: Nəriman Şıxəliyev
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
2001-ci ilin Azərbaycan filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı
Atəşgah