Asya Tağıyeva
Asya Səttar qızı Tağıyeva ― musiqiçi, Azərbaycan Respublikasının əməkdar artisti (2009). O, Azərbaycanın ilk qanun ifaçısı kimi tanınır: bu alətdə ilk dəfə 1959-cu ildə onun ifasında "Bayatı-Şiraz" və "Çahargah" muğamları vala yazılıb.
Asya Tağıyeva | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 1935 |
Vəfat tarixi | avqust 2011 |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, pedaqoq |
Janr | muğam |
Musiqi aləti | qanun |
Mükafatları |
Bioqrafiya
Asya Tağıyeva 1935-ci ildə anadan olub.[mənbə göstərin] Uşaqlıqdan musiqiyə maraqlı olub, İrəvandakı Pionerlər Evində xor qrupunda iştirak edib. 1954-cü ildə musiqi məktəbinə daxil olub. Sonralar o, Ermənistan SSR Dövlət Rəqs Ansamblına dəvət olunub.[1] 1956-cı il iyunun 1-dən 13-dək Moskvada incəsənət və ədəbiyyat ongünlüyü keçirilir və Tağıyeva buradakı uğurlu iştirakına görə "Əməkdə müvəffəqiyyətə görə" medalı və bir aylıq əmək haqqı ilə təltif olunur.[2]
Tağıyeva 1957-ci ildə Moskvada keçirilən Tələbə və Gənclərin VI Ümumdünya festivalında iştirak edib və "Yaradıcılıq müvəffəqiyyətinə görə" Qızıl medalla təltif olunub. Festivalda çıxışından sonra Azərbaycanın xalq artisti, bəstəkar Səid Rüstəmov Asya Tağıyevanı Azərbaycana dəvət edir və o, Bakıya gəlir.
İstinadlar
- Məhərrəmova, T. "Azərbaycanın ilk kanon ifaçısı Asya Tağıyeva özünə qarşı diqqətsizlikdən gileylidir". Kaspi qəzeti. 15 noyabr 2007. səh. 16. 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
- "Azərbaycanın ilk kanon ifaçısı". Azadlıq qəzeti. 8 avqust 2012. səh. 14. 2024-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.