Astabad nekropolu

Astabad nekropoluNaxçıvanda, Astabad yaxınlığında orta əsrlərə aid qəbiristanlıq.

Haqqında

Nekropolda müsəlman adəti üzrə dəfn edilmiş skeletlər aşkar olunmuşdur. Bəzi qəbirlərin üzərində sənduqə və daş qoç formasında abidələr olmuşdur. Baş daşlarının əksəriyyəti düşmüş və dağılmışdır; bəzilərinin üzərində ərəb qrafikası ilə kitabə saxlanmışdır. 1967–1971-ci illərdə Araz su qovşağının tikintisi ilə əlaqədar nekropol su altında qalmışdır.[1]

İstinadlar

  1. Bахşəliyеv, Vəli. Nахçıvаnın аrхеоlоji аbidələri (PDF) (az.). Bakı: "Elm". 2008. 301s. 2019-04-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-12.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.